Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:57

Putin üç gündür ki, 'satqınları' hədələyir


Rusiya prezidneti Vladimir Putin martın 19-da, prezident seçkisindən iki gün sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) kollegiya iclasında çıxış edib.

Sözü gedən seçkidə Putin rəsmi rəqəmlərə görə 87 faizdən çox səs toplayıb.

FTX-dəki çıxışına gəldikdə isə burada Putinin çıxışının əksər hissəsi Ukrayna müharibəsinə həsr olunmuşdu.

O son üç gün ərzində iki dəfə Ukraynanın tərəfində döyüşən Rusiya vətəndaşlarını hədələyib və onları “satqın” adlandırıb:

"Mən xahiş edirəm ki, hər zaman tariximizdə olduğu kimi onların kim olduqlarını unutmayaq. Onları adbaad ifşa edək...Biz onları nə qədər zaman keçməsinə baxmayaraq, harda olurlarsa olsunlar, cəzalandıracağıq”.

Hazırda Rusiya-Ukrayna sərhədində döyüşlər gedir

Hazırda Ukraynanın tərəfində əksərən Rusiya vətəndaşlarından ibarət “Rusiyanın azadlığı”, Rus Könüllü Korpusu (RKK) və “Sibir batalyonu” kimi birləşmələr döyüşür.

Bu birləşmələr bugün martın 19-u da daxil olmaqla son bir həftə ərazində Rusiya ərazisinə müdaxilə etməyə çalışırlar.

Hazırda Rusiya-Ukrayna sərhədində Rusiya hərbçiləri ilə könüllülər arasında qanlı döyüşlər davam edir.

Putin martın 19-da iddia edib ki, Rusiya hərbçiləri könüllülərin bütün hücumlarını dəf edə biliblər.

O Ukrayna tərəfində döyüşən rusiyalıları “tör-töküntü” və “satqın” adlandırıb.

Putin vurğulayıb ki, “sahibləri” onları “ət parçası” kimi ölümə göndərirlər.

AzadlıqRadiosu yazır ki, sərhəddə gedən toqquşmalarda itkilər barədə dəqiq məlumatlar yoxdur.

Ölüm cəzası olmasa da, öldürüləcəklər

İki gün bundan əvvəl, bazar günü axşam, seçkilərin ilkin nəticələri elan ediləndə Putin yenidən sərhəddəki toqquşmalardan söz salmışdı.

O Ukraynanın tərəfində Rusiyaya qarşı döyüşən rusiyalıları “satqın” adlandırmış və ölümlə hədələmişdi.

Putinin sözlərinə görə Rusiyada ölüm hökmü olmasa da, bu adamlarla hər zaman silahlı cinayətkar kimi rəftar olunacaq və ya başqa sözlərlə onlar öldürüləcək.

O könüllüləri II Dünya Müharibəsi zamanı nasist Almaniyasında Qırmızı ordu ilə mübarizə üçün təşkil edilmiş Rusiya Xilaskar Ordusunun (RXO) “vlasovşuları” ilə müqayisə edib.

Bu da qeyd olunmalıdır ki, RXO komandanlığının əksəriyyəti sovet məhkəmələri tərəfindən ölümə məhkum edilib.

Bununla belə həmin ordunun sıravi döyüşçüləri düşərgələrə salınsalar da, sonradan əfv olunublar.

XS
SM
MD
LG