Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 22:33

Putin xaricə - Düşənbəyə, Aşqabada səfər edəcək


Vladimir Putin (solda), Belarus prezidenti Alyaksandr Lukaşenka (sağda) və Emomali Rahom (Arxiv fotosu)
Vladimir Putin (solda), Belarus prezidenti Alyaksandr Lukaşenka (sağda) və Emomali Rahom (Arxiv fotosu)

Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə başlayandan bəri ilk dəfə olaraq xaricə - Tacikistana və Türkmənistana səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə başlayandan bəri ilk dəfə olaraq xaricə - Tacikistana və Türkmənistana səfər edəcək.

Xəbər verilir ki, Rusiya prezidenti iyunun 28-də Düşənbədə tacik həmkarı Emomali Rahmonla danışıqlar aparacaq.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, danışıqlar üzvbəüz formatda keçiriləcək.

Putin Tacikistana səfərindən üç gen əvvəl Belarus lideri Alyaksandr Lukaşenkaya demişdi ki, Moskva Minskə 500 kilometr məsafəni vura bilən Iskander-M raket sistemi verəcək.

Hazırda Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Kiyev və Minsk arasında da müəyyən gərginlik yaşanır.

Bəzi şərhçilər deyirlər ki, Putin Lukaşenkanı nəyin bahasına olursa olsun Ukrayna münaqişəsinə çəkməyə çalışır.

7000 Rusiya əsgəri

Rusiya, Belarus və Tacikistan, habelə Ermənistan, Qırğızıstan və Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) üzvləridirlər.

Bu ayın əvvəllərində Peterburqda keçirilən iqtisadi forumda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Moskvanın Ukrayna siyasətinə zidd olan fikirlər səsləndirmişdi.

O demişdi ki, Qazaxıstan Ukraynanın Donbas regionunda separatçıların elan etdiyi “kvazidölətləri” tanımır.

Tokayev bunu da bildirmişdi ki, Qazaxıstan Rusiya ilə müttəfiqliyinə baxmayaraq Qərbin Moskva üzərinə sanksiyalarını pozmayacaq.

Tacikistana gəlincə isə bu ölkədə Rusiyanın 201-ci motoatıcı diviziyası və 7 min əsgəri var.

Xəzər sammiti

Xəbər verilir ki, Tacikistandan sonra Putinin Aşqabada səfər edəcəyi gözlənilir.

O Türkmənistan paytaxtında keçiriləcək Xəzər sammitinə yollanacaq.

Bu sammitdə Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan lidelərinin iştirak edəcəyi deyilir.

Peskov bu görüş əsnasında ikitərəfli danışıqların aparılıb-aparılmayacağı barədə suala cavab verməyib.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Putin Belarusa səfər etməyi planlaşdırır.

Lakin sonradan bildirildi ki, Alyaksandr Lukaşenka ilə görüş videoformartda olacaq.

Bir sıra ölkələr, o cümlədən ABŞ və Kanada Vladimir Putinə səfər qadağanı qoyublar.

Bununla belə İndoneziya prezidenti Coko Vidodo 2022-ci ilin noyabrında Böyük iyirmilərin G20 qrupunun sammitinə Putinə göndərilmiş dəvəti ləğv etməyib.

Lakin o bu sammitə Ukrayna prezidenti Volodimir Zelenskini də dəvət edib.

Putinin bu sammitdəki iştirakının formatı barədə heç bir xəbər verilməyib.

Bəzi məlumatlara görə İndoneziya prezidenti iyunun 30-da Moksvada Vladimir Putinlə görüşəcək.

XS
SM
MD
LG