Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:56

Putin və Erdoğan Azərbaycan-Ermənistan qarşıdurmasını müzakirə ediblər


Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan
Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan

Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRecep Tayyip Erdoğan iyulun 27-də apardıqları telefon danışığında Ermənistan və Azərbaycan sərhədindəki qarşıdurmanı müzakirə ediblər.

Kremlin verdiyi məlumatda deyilir ki, tərəflər “regiondakı vəziyyətin stabilləşdirilməsi üçün səylərini əlaqələndirməyə hazır olduqlarını” bildiriblər.

Bundan az öncə Putin Azərbaycan və Ermənistan arasındakı münaqişənin Rusiya üçün son dərəcə həssas məsələ olduğunu demişdi.

Rusiyanın TASS dövlət xəbər agentliyi bildirir ki, Putin bu münaqişədə eskalasiyaya səbəb olacaq hərəkətlərdən çəkinməyin mühüm olduğunu vurğulayıb.

Hər iki tərəf münaqişə vəziyyətinin yalnız dinc yollarla həllində maraqlı olduğunu bildirib.

Türkiyə prezidenti deyib ki, “Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunlar və Ermənistan və Azərbaycan xalqlarının maraqları əsasında siyasi və diplomatik yollarla həllinə alternativ yoxdur”.

Erdoğan zəng edib

Prezidentlər habelə iki ölkə arasında münasibətlərin bir sıra spesifik məsələlərinə toxunublar.

Kremlin bu barədə verdiyi məlumatda deyilir ki, iki lider ölkələrinin koronavirus epidemiyası ilə bağlı fəaliyyətlərini müsbət qiymətləndiriblər.

Putin və Erdoğan vurğulayıblar ki, məhz bunun sayəsində avqustun 1-dən Rusiya və Türkiyə şəhərləri arasında sərnişin uçuşlarının qismən bərpası mümkün olub.

TASS xəbər verir ki, Rusiya lideri türkiyəli həmkarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.

Agentlik bunu da bildirir ki, telefon söhbətinin təşəbbüsü Türkiyə tərəfindən olub.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma olub. Hər iki tərəf itki verib.

Son günlər döyüş səngisə də, gərginlik davam edir.

XS
SM
MD
LG