Çuvaş Respublikasının keçmiş qubernatoru Mikhail Ignatyev ikitərəfli sətəlcəm - pnevmoniya diaqnozu ilə Sankt Peterburqdakı xəstəxanalardan birinə yerləşdirilib.
CurrentTime Kommersant qəzetinə istinadən xəbər verir ki, keçmiş qubernatorun vəziyyəti ağırdır və onun ağ ciyərində çoxsaylı zədələr aşkar edilib.
Xəbər verilir ki, hazırda siyasətçi ekstrakorporal membran oksigenasiyası aparatına qoşulub.
Adi sünü tənəffüs aparatlarından fərqli olaraq bu cihaz ağ ciyəri məcburi qaydada oksigenlə təchiz edir.
Bəzi xəbərlərə görə Ignatyev mayın əvvəllərindən bəri müalicə olunur, amma vəziyyəti ağır olaraq qalır.
Mayın 27-də yayılan başqa xəbərlərdə deyilirdi ki, Ignatyev onu “qanunsuz olaraq işdən azad etdiyinə” görə Rusiya prezidenti Vladimir Putini Ali Məhməyə verib.
Məhkəməyə verdiyi ərizədə Ignatyev vaxtından əvvəl vəzifədən azad olunmasına dair prezident fərmanının qanunsuz olduğunu iddia edir.
Ali Məhkəmə artıq vəsatətin bir hissəsini rədd edib. Lakin bu iş üzrə məhkəmə prosesinə iyunun 30-da başlanmalıdır.
"Qeyri-adi" hərəkətlər
Vladimir Putin Çuvaşiyanın başçısı Mikhail Ignatyevi “etibarını itirdiyinə” görə yanvarın 29-da verdiyi fərmanla vəzifəsindən uzaqlaşdırıb.
Bundan əvvəl Ignatyev “etika normalarını pozduğuna” görə hakim Vahid Rusiya partiyasından xaric edilmişdi.
Ignatyev özünün bir neçə qeyri-adi hərəkətləri ilə qalmaqallara səbəb olmuşdu.
Ucaboy qubernator yerli yanğınsöndürmə idarəsinin rəisini avtomaşının açarını ondan almaq üçün hoppanmağa məcbur etmişdi.
O habelə Mətbuat günündə hakimiyyəti tənqid edən jurnalistləri “əzişdirməyə” çağırmışdı.
Mikhail Ignatyev Çuvaşiyaya 2010-cu ildən rəhbərlik edirdi.
Ignatyev vəzifədən kənarlaşdırıldığına görə prezident Putini məhkəmə verən ilk məmurdur.