Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:16

Putinin Valday iqamətgahının yaxınlığında zenit qurğuları müşahidə edilib


Peyk fotosu
Peyk fotosu

Rusiya prezidenti Vladimir Putinin iqamətgahının ətrafında hava hücumundan müdafiə sisteminin azı 7 obyekti qurulub.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Google-un peyk fotolarında Putinin Valday iqamətgahının 3.7 kilometrlik məsafəsində Pantsir-S1 zenit kompleksi görünür.

Hava hücumundan müdafiə sistemi qüllə üzərində qurulub. Bundan əvvəl belə qurğular Moskva vilayətində müşahidə edilib.

Jurnalistlər habelə Planet.com sisteminin ötən aylar ərzində çəkilmiş peyk fotolarını təhlil ediblər. Onlar bu nəticəyə gəliblər ki, Putinin Valdaydakı iqamətgahının yaxınlığındakı hava hücumundan müdafiə qurğusu mart ayında yerləşdirilib.

Astra istifadəçilərdən birinə istinadla yazır ki, elə bu iqamətgahın 3 kilometrliyində hava hücumundan müdafiə sisteminə bənzəyən üç obyekt var.

Agentstvo saytı 2023-cü ilin yanvarında yazırdı ki, Novqorod vilayətində, Putinin Valdaydakı iqamətgahının 6 kilometrliyində yerləşən Yaşşerovo kəndində Pantsir-S1 kompleksi qurulub.

Sayt bu xəbəri yerli sakinlərdən biri tərəfindən göndərilmiş fotoya, habelə Yaşşerovo və ətraf kəndlərin sakinlərinin müşahidələrinə istinadla yaymışdı.

“Valdaydakı mühüm strateji obyekt”

Bundan əvvəl Sirena saytı peyk fotoları əsasında yazmışdı ki, Putinin Novo-Oqoryovodakı iqamətgahının 10 kilometrliyində Pantsir-S1 kompleksi yerləşdirilib. Bu fotolar 2023-cü ilin yanvarında çəkilmişdi.

Rusiya Müdafiə Nazirliyinin Ostafyevo aerodromunun iki kilometrliyində, Krasnodar diyarında Krasnaya Polyanada, Putinə məxsus olduğu iddia edilən iqamətgahın yaxınlığında da bir neçə hava hücumundan müdafiə obyektləri müşahidə olunub.

Daha əvvəl verilən məlumatlarda deyilirdi ki, Rusiya Müdafiə Nazirliyinin damında da Pantsir-S1 kompleksi yerləşdirilib.

Yanvar ayında VÇK-OQPU teleqram kanalı yazırdı ki, Ukrayna dronlarının Sankt Peterburqa və Leninqrad vilayətlərinə hücumları hava hücumundan müdafiə komplekslərinin “Valdaydakı mühüm strateji obyektin” yaxınlığına köçürülməsi ilə bağlıdır.

XS
SM
MD
LG