Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:46

Putinsizlikdən qorxanlar nədən qorxurlar?


Putin doğma Sankt Peterburqda
Putin doğma Sankt Peterburqda

Kremlyönlü Siyasi Konyunktura Mərkəzinin hesabatında deyilir ki, rusiyalılar 2024-cü ildə prezident Vladimir Putinin istefasından sonra hakimiyyət və mülkiyyət bölgüsünə görə mübarizənin qızışacağından qorxurlar.

Ekspertlər bildirirlər ki, bir çox rusiyalını Putinin 2024-cü ildən sonra da hakimiyyətdə qalıb-qalmayacağı narahat edir.

Qorxunun üç dərəcəsi

Hesabat müəlliflərinin fikrincə, rusiyalıların düşüncəsində Putinsizlikdən qorxunun üç aydın dərəcəsi sezilir.

Güclü qorxular hakimiyyət uğrunda mümkün mübarizə, mülkiyyətin təkrar bölüşdürülməsi, sosial öhdəliklərin zəifləməsi, ölkənin dünyadakı nüfuzunun itirilməsi və yeni rəhbərliyin Putin kursundan çıxması ehtimalı ilə bağlıdır.

Orta dərəcəli qorxular – millətlərarası münaqişələrin, separatizmin (xüsusilə də Çeçenistanda) kəskinləşməsindən, korrupsiyanaın artacağından və ABŞ tərəfindən təhlükənin güclənə biləcəyindəndir:

Hesabatda bu barədə deyilir:

“Əgər xərac verməsək, Şimali Qafqazdakılar məyus ola bilərlər.”

Müəlliflərin qənaətinə görə, ikinci dərəcəli qorxular ölkənin hərbi qüdrətinin azalacağından, iqtisadi vəziyyətin pisləşəcəyindən, vətəndaş qarşıdurmasından və NATO ilə münaqişədəndir.

“Qorxmayın, Putin həmişə olacaq...”

Hesabatda Rusiya prezidentinin “hər şeyi sülh yolu ilə həll etməyə çalışdığını” düşünən respondentlərdən birinin dedikləri misal gətirilir: “Onun yerində başqası olsaydı, artıq müharibə başlanmışdı”.

Hesabat 2024-cü ildən qorxanları sakitləşdirir ki, Putin bu və ya digər şəkildə siyasi sistemin başında həmişə duracaq.

RBK agentliyinə müsahibəsində Ümumrusiya İctimayi Rəyi Öyrənmə Mərkəzinin başçısı Valery Fyodorov deyib ki, onun idarəsinin sorğuları da təxminən eyni nəticələri verir.

Onun fikrincə, bu onunla bağlıdır ki, adamlar Rusiyada hakimiyyət dəyişikliyinin əsaslı dəyişikliklərə səbəb olmasına inanırlar.

İslahatlar

Konstitusiya Vladimir Putinə 2024-cü ildən sonra təkrar seçilməyi qadağan edir.

Özünün Federasiya Şurasına müraciətində Putin deyib ki, prezidentlik üçün maksimum iki müddətin müəyyən edilməsi ilə razıdır.

Amma o, bununla yanaşı ölkədə konstitusiya islahatlarının keçirilməsinin zəruri olduğunu bildirib.

Bu islahatlar hakimiyyətin qolları arasında səlahiyyətlərin bölüşdürülməsinə aiddir.

Müxalifət əmindir ki, bu islahatlardan əsas məqsəd elə Putinin 2024-cü ildən sonra da başqa vasitələrlə hakimiyyətdə saxlanmasıdır.

XS
SM
MD
LG