Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:09

Pənah Hüseyn Prezident Administrasiyasında olub


Pənah Hüseyn
Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bu gün, fevralın 27-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Bu barədə Pənah Hüseyn özü məlumat verib. O qeyd edib ki, görüşdə bir neçə məsələ müzakirə olunub:

"Digər bir neçə siyasi partiya ilə birgə siyasi partiyalarla dövlət münasibətləri, ofis və sair məsələlərlə əlaqədar əvvəllər etdiyimiz müraciətlə bağlı müzakirələr apardıq".

Pənah Hüseyn bu görüş və həmin müraciətlə bağlı detallı danışmaq istəməyib.

AXP müxalifət partiyasıdır. 1995-ci ildə yaradılıb.

XS
SM
MD
LG