Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:56

‘Putini Kremldən qovmaq istəyən” şamanın yeri bilindi


Aleksandr Qabışev
Aleksandr Qabışev

Rusiya hakimiyyət orqanları “Putini Kremldən qovmaq istəyən” yakutiyalı şamanın yerini nəhayət ki, açıqlayıblar

Rusiya hakimiyyət orqanları “Putini Kremldən qovmaq istəyən” yakutiyalı şamanın yerini nəhayət ki, açıqlayıblar.

Məhkəmə iyul ayında onun təcrid olunması barədə qərar qəbul etdikdən sonra, Aleksandr Qabışev məcburi qaydada psixiatrik xəstəxanaya yerləşdirilib.

Yakutiyalı şaman bundan əvvəl bir neçə dəfə Moskvaya yürüş edəcəyini və Putini Kremldən qovacağını bəyan edib.

Şamanın vəkili Aleksey Pryanişnikov yazır ki, onun sorğusuna cavab olaraq Aleksandr Qabışevin Sibirdəki Novisbirsk şəhərinin ruhi xəstəxanasında saxlandığını bildiriblər.

Bu şəhər şamanın vətəni olan Yakutiyadan 3 min kilometr məsafədədir.

Vəkil bundan əvvəl AzadlıqRadiosuna şamanın açıqlanmayan bir yerə keçirildiyini bildirmişdi.

Məhkəmə ötən yanvarda Aleksandr Qabışevin ruhi xəstə olduğu barədə hökm çıxarıb.

Vəkillər Qabışevin məcburən psixiatrik müalicəyə alınmasına etiraz edirlər.

Xatırlatma

Qabışev 2019-cu ilin martında Yakutiyadan Moskvaya ilk piyada yürüşünü təşkil edəndən sonra məşhurlaşıb.

O bildirirdi ki, məqsədi “şər qüvvələrə” xidmət edən prezident Vladimir Putini Kremldən qovmaqdır.

Lakin o yolun bir hissəsini qət etdikdən sonra saxlanmış və ruhi xəstəxanaya yerləşdirilib və daha sonra həbs edilib.

XS
SM
MD
LG