Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:41

Səfirlik önündə azadlıq tələb etdilər


Aksiya
Aksiya

Oktyabrın 25-də Milli Şuranın son etiraz aksiyası zamanı saxlanılmış və inzibati cəza almış şəxslərin yaxınları ABŞ-ın Bakıdakı səfirliyi önünə toplaşıblar.

Aksiya iştirakçıları 19 oktyabr aksiyası zamanı saxlanılan şəxslərə azadlıq tələb ediblər.

Onlar ABŞ səfirliyi önünə toplaşmaqla etirazlarını dünyaya çatdırmaq istədiklərini bildiriblər.

Aksiya iştirakçıları övladlarının saxlanılarkən polis zorakılığına, saxlandıqdan sonra işgəncələrə məruz qaldıqları haqda bəyanatlarını oxuduqdan sonra sənədi səfirliyə təqdim ediblər.

Daha sonra etirazçılar səfirlik önündən dağılıblar, ətrafda polis qüvvələri olsa da, onlar prosesə müdaxilə etməyiblər, aksiya insidentsiz başa çatıb.

Oktyabrın 19-da Milli Şura Bakının mərkəzində mitinq keçirib. Aksiya Bakı şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayıb. Polis müdaxiləsi zamanı AXCP sədri Əli Kərimli də daxil olmaqla çox sayda xəsarət alanlar olub.

Aksiya başa çatandan sonra Bakı Baş Polis İdarəsinin yaydığı məlumata görə, aksiya iştirakçılarından 60 nəfər saxlanılıb, onlardan 42 nəfərinə xəbərdarlıq edilərək buraxılıb. 18 nəfərin işi hüquq-mühafizə orqanlarına göndərilib.

Milli Şura icazəsiz aksiyaya cəhd etdi, Əli Kərimli və digərləri saxlanıb
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00

XS
SM
MD
LG