Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:20

Qafqaz Universitetinin adı dəyişdirilir


Qafqaz Universitetində bağlanma həyəcanı
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Qafqaz Universitetində bağlanma həyəcanı

Qafqaz Universitetinin adının dəyişdirilməsi gözlənilir.

Qafqaz Universitetinin rektoru Havar Məmmədov APA-ya bildirib ki, indi ada görə Türkiyə universitetləri ilə müxtəlif problemlər yaranır. Onun deməsinə görə, tələbələr mütəmadi olaraq universitetin adının dəyişməsi ilə bağlı rektorluğa müraciətlər edirlər. Bu tələbələrin Türkiyə ali məktəblərində qəbul edilmədiyini deyən H.Məmmədov bildirib ki, bütün narahatlıqlar hər iki ölkənin müvafiq qurumlarına çatdırılıb: «Türkiyəli üç tələbə Qafqaz Universitetindən çıxaraq Türkiyədə təhsilini davam etdirmək istəsə də, qəbul olunmayıb. Nəticədə onlar yenidən Azərbaycana qayıdaraq, Qafqaz Universitetində təhsillərini davam etdirirlər. Hazırda ali məktəbdə 95 türk tələbə təhsil alır. Son bir ayda 10-a yaxın tələbə bildirib ki, mövcud vəziyyətdən valideynləri də narahatdır».

Rektor əlavə edib ki, Qafqaz Universiteti ilə Türkiyə universitetləri arasında olan tələbə mübadiləsi, kadr hazırlığı, müəyyən təqaüdlər dayandırılıb, bəzi müqavilələrə xitam verilib: «Mən də tələbələrin narazılıqları və yaranmış vəziyyətlə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmışam. İnanıram ki, yaxın vaxtlarda universitetin adının dəyişilməsi məsələsi həllini tapacaq, diplomlar tanınacaq».

Bu il iyulun 20-də təsisçilərinin qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Sonradan isə universitetin rektoru, bəzi müəllim heyəti dəyişdirildi.

Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Ancaq bu deyilənlər Azərbaycanda təsdiqini tapmamışdı.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i Türkiyə hökuməti iyulun 15-də bu ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır. İlahiyyatçının özü isə bu iddiaları yalanlayıb.

XS
SM
MD
LG