Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:56

Qani ABŞ-ın ‘qəfil’ qərarını suçlayır


Heratda təhlükəsizlik əməkdaşları
Heratda təhlükəsizlik əməkdaşları

Taliban eyni zamanda daha iki vilayət paytaxtına hücumları davam etdirir. Cənubda Qəndəhar və qərbdə Heratda döyüşlər gedir

Avqustun 2-də Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəsindəki mövcud təhlükəsizlik durumuna görə Vaşinqtonun əsgərlərin çıxarılmasıyla bağlı “qəfil” qərarını günahlandırıb. Hazırda hökumət qüvvələri cənubdakı vilayət paytaxtına nəzarət uğrunda Taliban yaraqlıları ilə vuruşur.

Hökumətin altı aylıq planı

Helmand vilayətinin paytaxtı Laşkar Gah uğrunda ağır döyüşlər gedir. Hökumət əraziyə yüzlərlə xüsusi qüvvə yerləşdirdiyini elan edəndən sonra Taliban şəhər mərkəzinə koordinasiyalı hücuma başlayıb.

Taliban eyni zamanda daha iki vilayət paytaxtına hücumları davam etdirir. Cənubda Qəndəhar və qərbdə Heratda döyüşlər gedir. Həftəsonu ağır döyüşlərdən sonra minlərlə dinc sakini yaşayış yerini tərk edib.

“Mövcud durumun səbəbi qərarın qəfil verilməsidir”, – Qani parlamentin birgə iclasında deyib.

O, Vaşinqtona belə “fəsadlar”la bağlı xəbərdarlıq etdiyini söyləyib.

Prezident onu da deyib ki, hökuməti altı ay ərzində vəziyyəti nəzarəti ələ almaqla bağlı plan hazırlayıb və Birləşmiş Ştatlar planı dəstəkləyib.

Taliban rayonları tutur

Ölkədə döyüşlər mayın əvvəlindən, Birləşmiş Ştatlar qüvvələrini avqustun sonunadək çıxarmaq prosesini sürətləndirincə qızışıb. Eyni zamanda Kabillə Taliban arasında danışıqlarda durğunluq yaranıb.

Taliban onlarla rayonu və sərhəd regionunu ələ keçirib. Hökumət qüvvələri diqqəti daha sıx məskunlaşmış ərazilərə ayırdığını bildirir.

Birləşmiş Ştatlar əsgərlərini çıxarmaqla bağlı ötən ilin əvvəlində Talibanla razılaşma əldə edib. Bunun əvəzində Əfqanıstan ərazisindən terrorçuluq üçün istifadə edilməyəcəyinə təminat verilib. Amma ABŞ Prezidenti Co Bayden yanvarda and içəndən sonra qoşunların çıxarılması tarixini uzadıb.

XS
SM
MD
LG