Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 19:38

Sahibkarlıq sahəsində yoxlamalar dayandırılır


İlham Əliyev
İlham Əliyev

►Oktyabrın 19-da prezident İlham Əliyev Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib.

Qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev eyni gündə fərman imzalayıb.

Buna da bax: Günel Mövlud. Biz nə edəcəyik?

Fərmana əsasən, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilir.

Xüsusi razılıq (lisenziya) verilməsi aşağıdakı qaydalara uyğun həyata keçirilməlidir:

- sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən zəruri hesab edildikdə xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının rəyinin alınması;

- müəyyən edilmiş müddətdə aidiyyəti dövlət orqanı tərəfindən rəy bildirilmədikdə müsbət rəyin verilmiş hesab edilməsi;

- İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi.

İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələlərə dair təkliflərini bir ay müddətində prezidentə təqdim etməlidir:

- xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi;

- dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının müəyyən edilməsi;

- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə təkmilləşdirilməsi.

Nazirliyə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirmək tapşırığı verilib.

XS
SM
MD
LG