Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:42

Şahbaz Xuduoğlu: "Burda qərəzli bir niyyət görünür"


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

►"Bilirik ki, polislər bəzi hallarda istəsələr siqaret çəkməyən adamın cibindən narkotika da tapa bilirlər."

İyunun 11-də polis "Qanun" nəşriyyatının binasına daxil olmağa çalışıb. Buna səbəb kimi ofisə bomba qoyulması haqda "102" xidmətinə məlumat daxil olduğunu göstərib. Hazırda Bakıda olmayan nəşriyyatın direktoru Şahbaz Xuduoğlu AzadlıqRadiosunun Oxuzalına telefonla müsahibəsində bunları dedi:

- Şahbaz bəy, sizə əvvəlcədən xəbər etmişdilərmi ki, ofisinizdə bomba var, ora gəlməlisiniz?

- Xeyr, mənə polis tərəfindən heç bir məlumat verilməyib.

- Ancaq hadisənin bilavasitə şahidləri sosial şəbəkədə yazırlar ki, baxmayaraq ki, içəridə bomba olduğu deyilir, amma polis heç bir müdaxilə etmir, durub sizi gözləyir.

- Əslində, əgər bir binada bomba varsa, onun zərərsizləşdirilməsində bir təşkilat iştirak etmir, bir neçə təşkilat işləyir. Məsəlçün, Fövqəladə Hallar Nazirliyi olmalıydı. Amma bizə hər-hansı qurumdan müraciət gəlməyib. Hal-hazırda da bina mühasirədədir, amma içəri girilməyib.

Polis "Qanun"un binası önündə
Polis "Qanun"un binası önündə

- Siz bu gün bəyan etmisiniz ki, əgər içəridə silah-sursat tapılsa, “Qanun” nəşriyyatı buna cavabdeh deyil. Bilirik ki, “Qanun” nəşriyyatı əvvəl də hədəfdə olub. Sizcə, orda nə axtarırlar?

"Qanun" nəşriyyatının önü. Polis gələndən sonra
"Qanun" nəşriyyatının önü. Polis gələndən sonra

- Bəlkə də bu mənim hadisədən xəbər tutan kimi yazdığım emosional statusdur. Əgər bir nəşriyyata on beş nəfərlik dəstənin gəlməsi, binanı mühasirəyə alması və sonra direktora xəbər verilməsi ki, anonim zəng əsasında bura gəlmişik, bütün bunlar şübhəlidir. Çünki mən özüm də 102 xidmətinə zəng vurdum, mənə dedilər ki, bizə “Qanun” nəşriyyatı haqda belə bir anonim zəng gəlməyib. Bu hadisələr göstərir ki, o polislər ya ünvanı səhv salıblar, bəlkə də “Qanun” nəşriyyatına gəlməməlydilər, ya da hansısa məxvi bir məlumat var, o məlumat bomba deyil, başqa şey haqqındadır. Hər-halda biz ancaq kitab istehsal edirik, başqa bir işimiz yoxdur. İstənilən halda burda qərəzli bir niyyət görünür. Bilirik ki, polislər bəzi hallarda istəsələr siqaret çəkməyən adamın cibindən narkotika da tapa bilirlər.

- Şahbaz bəy, hal-hazırda orda vəziyyət necədir, siz hadisə yerindəsinizmi?

- İndi polislər binanı mühasirəyə götürüb, kənar şəxslərin içəri daxil olmasına icazə vermir. Yəqin ki, hansısa bir əmr gözləyirlər. Bu gün şənbə günü olduğu üçün, yəni iş günü olmadığı üçün mən ora getməmişdim.

XS
SM
MD
LG