Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 23:32

Ukrayna Qara dənizdə gəmilərin Rusiya limanlarına hərəkətinə qadağa qoyur


Rusiyanın raketdaşıyan gəmiləri Sevastopol körfəzində
Rusiyanın raketdaşıyan gəmiləri Sevastopol körfəzində

İyulun 21-dən Ukrayna Qara dənizdə Rusiya dəniz limanları istiqamətində üzən gəmiləri, “bütün risklərlə birlikdə” potensial hərbi yük daşıyan obyektlər sayacaq. Bu barədə iyulun 20-də ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Kiyev iyulun 20-də səhər saat 5-dən Qara dənizin şimal-şərq hissəsi və Kerç boğazı ərazilərində naviqasiyanın bağlandığını elan edib. "Dənizçilər üçün müvafiq naviqasiya məlumatları artıq açıqlanıb", – məlumatda deyilir.

“Moskva” kreyserinin taleyi sübut edir ki, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın dənizdəki təcavüzünü dəf etmək üçün gərəkən vasitələrə malikdir”, – nazirlik bildirib.

Rusiya sözügedən gəmisi 2022-ci ilin aprelində raket zərbəsi ilə batıb.

2014-cü ildən sonra Rusiya Ukrayna donanmasının bütün iri gəmilərini ya ələ keçirib və ya batırıb. Bircə flaqman “Hetman Saqaydaçnı” gəmisini Ukrayna dənizçiləri özləri Nikolaev limanında batırıblar. Bununla belə, Ukraynanın gəmi əleyhinə raketləri və uzaq məsafədən hədəflərə hücum edə bilən dəniz dronları var.

Rusiyanın qadağası

İyulun 19-da Rusiya Müdafiə Nazirliyi Ukrayna limanlarına gəmilərin hərəkətinə qadağa qoyduğunu elan edib. Qurum bildirib ki, Ukraynaya gedən bütün gəmilər potensial hərbi yük daşıyıcıları hesab olunacaq.

Beynəlxalq suların şimal-qərb və cənub-şərq hissələrində bir sıra dəniz əraziləri naviqasiya üçün müvəqqəti təhlükəli elan edilib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hoc (Adam Hodge) xəbərdarlıq edib ki, Rusiya mülki gəmilərə hücuma hazırlaşa bilər. Ukrayna limanlarında minaların tapılması haqda məlumat verilib.

Qara dəniz Ukrayna və Rusiya malları üçün mühüm ixrac marşrutudur və daşımaların dayandırılması hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan vura bilər.

XS
SM
MD
LG