Aprelin 10-da 2020-ci il Qarabağ müharibəsi və daha əvvəlki illərdə hərbi xidmətdə olarkən həyatını itirənlərin valideynləri Prezident Administrasiyası yaxınlığında etiraza yığışıb. Onların tələbi övladlarına şəhid statusu verilərək Şəhidlər Xiyabanında dəfn edilməsidir.