Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 15:15

Yerevan Qarabağdan qaçqınların hərəsinə 125 dollar verəcək


Qarabağ qaçqınları Gorisdə
Qarabağ qaçqınları Gorisdə

Bu ilin noyabr-dekabr aylarında Qarabağdan Ermənistana gedən qaçqınlara 50 min dram ayrılacaq. Ermənistan hökuməti qaçqınların vacib xərclərinin qarşılanmasından ötrü yeni yardım proqramına başlayır. Bu haqda baş nazir Nikol Paşinyan məlumat verib.

Noyabr-dekabr aylarında qaçqınların hər birinə yaşayış-kommunal xərclərlə yanaşı, dövlət büdcəsindən 50 min dram (125 dollara yaxın) vəsait ayrılacaq. Bank hesablarındakı qalıqları müəyyən həddi keçən, dövlətin verdiyi sığınacaqda, yaxud dövlətin himayəsində yaşayan şəxslər və onların ailə üzvləri istisna təşkil edir.

"Yaxın günlərdə Dağlıq Qarabağdan məcburi köçkün qardaş-bacılarımıza uzunmüddətli yaşayış dəstəyi məsələlərinin müzakirəsinə başlayacağıq. Bu, Ermənistan vətəndaşları üçün planlaşdırılmış analoji proqramlarla maksimum koordinasiya olunacaq", – baş nazir Facebook-da yazıb.

Paşinyan Qarabağdan köçənlərin yaxın iki ay ərzində Ermənistanda iş tapacağına ümidini bildirib.

"Hökumət, əlbəttə ki, bütün mümkün vasitələrlə onları bu məsələdə dəstəkləyəcək", – Paşinyan vurğulayıb.

70-yaşlı Vera Petrosyan Qarabağdakı evin qayıdacağına inanmır
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki sülh müqaviləsi imzalaya bilməyiblər. Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Yerevan 100 min 600-dən çox erməninin köçünü "deportasiya", "etnik təmizləmə" kimi dəyərləndirsə də, Bakı ittihamları rədd edib, ermənilərə Azərbaycan cəmiyyətinə reinteqrasiya planı təqdim edib.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandırdığını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib. Azərbaycan prezidenti oktyabrın 15-də Xankəndi və Ağdərə şəhərlərində dövlət bayrağını ucaldıb.

XS
SM
MD
LG