Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:28

Qarabağda ermənilər talon sisteminə keçir


Xankəndidəki separatçı rejim talon rejiminə keçir
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Xankəndidəki separatçı rejim talon rejiminə keçir

Qarabağdakı ermənilərə ərzaq talonlarının verilməsinə başlanıb.

Yerli sakinlər yanvarın 17-dən bitki yağlarını, düyünü, makaronu, qarabaşaq yarmasını və şəkəri talonlara ala biləcəklər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, talonlar yalnız Qarabağın yerli sakinlərinə deyil, həm də bura Laçın dəhlizi bağlanmazdan əvvəl gələnlər və burda ilişib qalanlara da veriləcək.

Talonlarla bitki yağları adambaşına ayda 1 litr hesabından veriləcək.

Başqa ərzaqlar üçün də talonlar ayda 1 kiloqram üçün nəzərdə tutulub.

Qarabağ erməniləri internet, telefon və işığın kəsildiyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Separatçı rejimin nümayəndələri bildirirlər ki, talonların verilməsi üçün Xankəndidə 19 məntəqə açılıb. Bu məntəqələr orta və ali məktəblərin binalarında yerləşir.

Yerevan və Qarabağ separatçıları bölgədə ərzaq qıtlığının yaranmasını özlərini ekofəallar kimi təqdim edən azərbaycanlıların Laçın yolunu bağlaması ilə əlaqələndirirlər.

Azərbaycan isə bildirir ki, dəhliz insanların və humanitar yüklərin, habelə Rusiya sülhməramlılarının hərəkəti üçün açıqdır.

Qırmızı, göy, yaşıl və sarı talonlar

Qeyd olunur ki, əhaliyə paylanacaq talonlar ərzağın növünə görə qırmızı, göy, yaşıl və sarı rəngdə olacaq.

Xəbər verilir ki, ilk partiya ilə verilən ərzaqlar bir ay üçün nəzərdə tutulub, növbəti partiya isə artıq 15 gün üçün veriləcək.

Azatutyun yazır ki, Qarabağda ərzağın talonla verilməsi barədə Laçın dəhlizinin bağlanmasının ilk günlərindən söhbət açılır.

O vaxt ehtiyat fondundan mağazalara verilmiş ərzaq çox tez bir zamanda satılıb qurtarmışdı.

Azatutyun yazır ki, ərzağın əsasən mağazalarda işləyənlərin qohumlarına satıldığına dair məlumatlar var. Bunun nəticəsində uşaqlı ailələr və pensiyaçılar ərzaq ala bilmirlər.

Bu da xəbər verilir ki, yanvarın 16-da Qarabağdakı mağazalarda əsas ərzaq növləri olub.

Başqa xəbərlərə görə Rusiya sülhməramlıları da yerli sakinlərə mandarin, pomidor və xiyar kimi meyvə-tərəvəz paylayırlar.

Şəkər xəstəsi olan müəllimə: 'Dövlətin yardımı azdır. Maddi cəhətdən çökmüşəm'
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

'Prezidentimiz bizə sahib çıxmırsa, onda Mozambik prezidentinə müraciət edirəm'
Gözlə

No media source currently available

0:00 0:05:59 0:00

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG