Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 21:46

ABŞ-ın Qafqaz danışıqları üzrə müşaviri Bakıdadır


Lui Bono
Lui Bono

ABŞ-dan gələn baş müşaviri İlham Əliyev də qəbul edib

Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu avqustun 3-də prezident İlham Əliyev də qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident Azərbaycan tərəfinin Ermənistanla sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqləyib və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib:

"Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı".

Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqının, həm də Rusiyanın vasitəçiliyi ilə müəyyən fasilələrlə sülh danışıqları aparılır. ABŞ Avropa İttifaqının vasitəçiliyini dəstəkləyir.

***
Bu gün, avqustun 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, görüş zamanı, Azərbaycan-Ermənistan arasında sülh prosesi, bölgədə cari vəziyyət, danışıqların indiki vəziyyəti və perspektivləri müzakirə olunub.

XİN-in bildirməsinə görə, Ceyhun Bayramov, "Ermənistanın öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasının sabitliyə xidmət etmədiyini" diqqətə çatdırıb.

Məlumata görə, o, habelə Azərbaycanın erməni sakinləri blokadada saxladığı, Laçın sərhəd buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu barədə fikirlərin əsassız olduğunu vurğulayıb: "Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığını bir daha xatırladıb".
Görüşdə səslənən fikirlərə, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil. Amma Ermənistan rəsmiləri Qarabağdan silahlı qüvvələrinin çıxarılmaması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar habelə vurğulayırlar ki, Qarabağda "müdafiə" ordusunun onlara aiddiyyatı yoxdur. Üstəlik, onlar deyirlər ki, üçtərəfli bəyanatda Azərbaycan və Qarabağ arasında əlaqə kimi məhz Laçın dəhlizi nəzərdə tutulub.
Pol Qobl: 'İlham Əliyev və Blinkenin telefon söhbəti əslində...'
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Bundan öncə...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG