Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:06

Rüstəm Muradovu Mixail Kosobokov əvəz edir


Mixail Kosobokov
Mixail Kosobokov

Vaxtilə o, Rusiyanın Abxaziyadakı hərbi bazasının komandanı olub

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinə general-mayor Mixail Kosobokov başçılıq edəcək. O, bu postda Rüstəm Muradovu əvəzləyib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, nazir Arşak Karapetyan sentyabrın 9-da Kosobokovu və Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına yeni təyin olunmuş komandir Dmitri Ovçarovu qəbul edib.

Karapetyan Rusiya bazasının Ermənistandakı rolunu və əhəmiyyətini qeyd edib, Rusiyanın regionda hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlik cəhdlərini, eləcə də Dağlıq Qarabağdakı sülhməramlı kontingentin səmərəsini vurğulayıb.

Tərəflərin regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi apardıqları bildirilir.

Görüşə Rusiyanın Ermənistandakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesi, polkovnik İqor Şerbakov da qatılıb.

48 yaşlı Muradov 2020-ci ilin payızından sülhməramlı kontingentə komandanlıq edib.

Kosobokov isə daha öncə 58-ci Ümumqoşun Ordusunun (Cənub hərbi dairəsi) komandan müavini vəzifəsində çalışıb. Vaxtilə o, Rusiyanın Abxaziyadakı hərbi bazasının komandanı olub.

Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası zərurətindən danışır
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsini və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG