Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:14

“Qarabağ"lılara qarşı bibər qazı?


Arxiv
Arxiv

►"Onların arasında uşaq da vardı"

Mayın 25-i futbol üzrə Azərbaycan kubokunun final qarşılaşmasından sonra polisin “Qarabağ ” klubunun azarkeşlərinə qarşı bibər qazından istifadə etdiyi bildirilir.

Bu barədə Azadlıq Radiosuna İmarət Azad Azarkeş Qrupunun idarə heyətinin üzvi Elnur Quliyev məlumat verib.

Məqalə videodan sonra davam edir:

Respublika stadionunda keçirilən bu qarşılaşmadan 1-0 hesabı ilə qalib ayrılan “Qarabağ ” tarixində 4-cü dəfə Azərbaycan kubokunun sahibi olub.
Elnur Quliyev deyib ki, oyun başa çatdıqdan sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqov və digər futbolçular köynəklərin çıxarıb azarkeşlər atıblar:
“ Bu zaman bəzi azarkeşlər də köynəkləri tutmaqdan ötrü bir qədər aşağı endilər. Bu da polisin sərt müdaxiləsi ilə qarşılandı. Polis heç bir səbəb olmadan azarkeşlərə qarşı bibər qazından istifadə etdi. Bir çox azarkeş ciddi xəsarət aldı. Onların içində 12 yaşlı bir uşaq da var”

Elnur Quliyevin deməsinə görə, polis müdaxiləsi stadiondan kənarda da davam edib: “ “Qarabağ” klubunun prezidenti Abdulbari Gözəli yolda saxlayıb məsələni ona anlatdıq. Dedik ki, azarkeşlərinizə sahib çıxın. Sağ olsun bizi eşitdi. Onun məsələyə müdaxiləsindən sonra vəziyyət bir qədər sakitləşdi”

Elnur Qulieyev deyir ki, azarkeşlərdən 2 nəfər də saxlanıb. Klub rəhbərliyinin müdaxiləsindən sonra onlar gecə saatlarında buraxılıblar.
O, şəxsən özünün 10-a yaxın azarkeşin xəsarət aldığını gördüyünü bildirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bütün bu deyilənlərə şərh vermək istəməyiblər.

Əslində oyunun özü də gərgin keçib. Sonda “Qarabağ” klubunun sevindiyi qarşılaşmanı qırmızı kart aldıqlarından hər iki tərəfdən bir futbolçu vaxtından əvvəl tərk etməli olub.

XS
SM
MD
LG