Noyabrın 5-də futbol üzrə Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.
Azərbaycanın “Qarabağ”klubu evdə Fransanın “Monako” klubunu qəbul edib.
Samuel Armenteros oyunun 39-cu dəqiqəsində rəqib qapısına yol tapa bilidi. Ona bu ötrməni kapitan Rəşad Sadıqov verib.
Bu Armentorosun "Qarabağ"ın heyətində Avropa Liqasının bu mövsümündə vurduğu ilk qoldur.
Amma ikinci hissənin 72-ci dəqiqəsində "Monako" hesabı bərabərləşdirib.
5 noyabr
Avropa Liqası, qrup mərhələsi
J qrupu
20:00. “Qarabağ” (Azərbaycan) – “Monako” (Fransa) - 1:1
Qollar: Samuel Armenteros, 39 (1:0), İvan Kavaleyro, 72 (1:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu