Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 11:18

Qazaxıstan qaraqalpaq fəalı Özbəkistana ekstradisiya etmədi


Aqilbek Muratov
Aqilbek Muratov

Qazaxıstanın Almatı şəhərində fevralın əvvəllərində Özbəkistanın orderi ilə saxlanmış qaraqalpaq fəal Aqilbek Muratova Qazaxıstanda siyasi sığınacaq verilib.

Beləliklə Qazaxıstan fəalı Özbəkistana ekstradisiya etməyib.

Muratovun qohumu Fariza Narbekova AzadlıqRadiosuna deyib ki, Qazaxıstan rəsmiləri ona sığınacağı üç gün bundan əvvəl veriblər.

Bundan əvvəl Almatı məhkəməsinin hökmündə deyilirdi ki, Muratov onun Özbəkistana ekstradisiyası məsələsinə baxıldığı müddətdə, ən azı 40 gün həbsdə qalmalıdır.

Özbəkistan vətəndaşı olan Muratov artıq 10 ildir ki, Qazaxıstanda yaşayır və bu ölkədəki qaraqalpaqların hüquqlarının müdafiəçisi kimi tanınır.

O habelə dünya birliyinin diqqətini Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında yaşayan qaraqalpaqların vəziyyətinə yönəldirdi.

Human Rights Watch beynəlxalq insan haqları təşkilatının fevralın 25-də açıqladığı bəyanatda deyilir ki, Muratova qarşı Özbəkistanda açılmış cinayət işi açıq-aşkar onun siyasi fəaliyyətinə görə qisasdır.

Kütləvi etirazlar

Almatıda mənzillənmmiş Qazax İnsan Haqları Bürosunun vəkili Denis Civaqa AzadlıqRadiosuna deyib ki, təşkilat Muratovun hüquqi müdafiəsini təşkil edəcək.

Civaqanın sözlərinə görə Muratovun saxlanması 2022-ci ilin iyulunda Qaraqalpaqıstanın paytaxtı Nukusda başlanmış kütləvi aksiyalardan sonra ilk belə saxlanma deyil.

O vaxt minlərlə qaraqalpaq Özbəkistanın muxtar respublikanın konstitusiyasını dəyişmək cəhdlərinə cavab olaraq etitaz aksiyaları keçirmişdi.

Daşkənd Qaraqalpaqıstanın konstitusiyasından vilayətin öz müqəddəratını təyin etmək hüququna dair maddəni çıxarmağı planlaşdırırdı.

Özbəkistan rəsmiləri bu etirazlar zamanı 21 nəfərin həlak olduğunu bildirmişdilər. Avstriyada mənzillənmiş Avrasiya İnsan Haqları təşkilatının məlumatına görə isə ölənləri sayı azı 70 nəfər idi.

Ötən ilin yanvarında Özbəkistan 22 qaraqalpaq fəalı uzunmüddətli həbsxana cəzalarına məhkum etmişdi.

2023-cü oilin martında daha 39 qaraqalpaq fəalı Nukus etirazlarında iştirak etdiyinə görə azadlıqdan məhrumetmə cəzasıana məhkum edilmişdi.

Onlardan 28-ə 5 ildən 11 ilədək müxtəlif cəzalar verilmişdi.

Qaraqalpaqıstan Muxtar Respublikası

Qaraqalpaqlar Mərkəzi Asiyanın türkdilli xalqlarından biridir.

Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb, 1930-cu ilə qədər Qazaxıstan SSR-in tərkibində olub, sonra ordan çıxarılaraq birbaşa RSFSR-in tabeliyinə verilib.

1936-cı ildə Qaraqalpaq MSSR Özbəkistan SSR-in tərkibinə daxil edilib. Sovet İttifaqının dağılmasından sonra bölgə 1992-ci ildə Qaraqalpaqıstan Respublikasına çevrilib.

1993-cü ildə Qaraqalpaqıstan Respublikasının Özbəkistanın tərkibinə daxil edilməsi haqqında 20 illik müqavilə imzalanıb. Müqavilə muxtar respublikanın referendum keçirməklə Özbəkistanın tərkibindən çıxmaq hüququnu təsbit edir.

Daşkənd məhz bu hüququn ləğv edilməsinə çalışırdı.

Qaraqapaqıstanda Özbəkistanın 35 milyonlıuq əhalisinin 2 milyonu yaşasa da, o ərazisinə görə ölkənin üçdə birini təşkil edir.

XS
SM
MD
LG