Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:16

Qaratorpaqda torpaqlarını itirmək qorxusuyla yaşayanlar


Arxiv fotosu
Arxiv fotosu

"Məskunlaşdığımız kənddə torpaq islahatları aparılarkən bizə də əkib-becərməyə torpaq sahəsi ayrılıb. İndi rayon məmurları o torpaq sahələrini yağlı tikə kimi udmaq istəyirlər. Bu isə azı 200 köçkün ailəsini yavan çörəksiz qoymaq deməkdir".

Şəki şəhərinin Qaratorpaq kəndində məskunlaşmış köçkün Rüstəm Əlişovun şikayəti istifadəsində olan əkin sahəsinin əlindən alınmasıyla bağlıdır.

Buna da bax:​ Ölən gəncin dayısı: ‘Narkozu çox verdilər, ayılmadı’

“BİZİ QAPILARA SALMASINLAR”

Bu iddia təkcə Rüstəm Əlişova aid deyil, kənddəki 100-dən çox köçkün ailəsi iddia edir ki, rayonun yüksək vəzifəli məmurları onları illərdir əkinlə məşğul olduqları torpaqlardan məhrum etmək istəyirlər.

Köçkün Asim Quliyev deyir, 21 may 1999-cu ildə qəbul olunmuş “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanuna əsasən, Qaratorpaqdakı köçkünlər də kənddəki torpaq islahatından kənarda qalmayıblar. Onlara da kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri ayrılıb. Bu günədək köçkünlər, əsasən, taxıl əkib dolanırlarmış. İstifadələrində olan torpaqlara görə vergilər də ödəyiblər:

"İstədiyimiz odur ki, məmurlar bu torpaqları əlimizdən almasın, əkinçiliyi, heyvandarlığı davam etdirək, ailələrimizi dolandıraq. Bizi küçələrə, qapılara salmasınlar. Torpaqlar qalıb beş-altı nəfərin əlində. İstədiklərini edirlər. Nə qanun sayırlar, nə dövlət, nə prezident..."

Buna da bax:​ Köçkünlər: 'Taxta evlər hər an alışa bilər'

“HEÇ KƏSİN ƏLİNDƏN TORPAQ ALINMIR”

Şəki şəhər icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, təkcə Qaratorpaqda yox, rayonun başqa kəndlərində də məskunlaşmış köçkünlər dövlətin qanunla nəzərdə tutulmuş qayğı və güzəşti ilə təmin olunur. Ancaq bəzi hallarda köçkün ailələri onların istifadəsinə verilməyən torpaqları da zəbt edirlər:

"Heç kəsin əlindən torpaq alınmır. Qanunla ayrılmış torpaq sahələri vətəndaşın əlindən alına bilməz. Yalnız zəbt olunmuş və vətəndaşların sənədsiz istifadəsində olan torpaq sahələri geri götürülə bilər".

Köçkünlər prezidentə də müraciət ediblər. Onlar bildiriblər ki, kənddəki hektarlarla kənd təsərrüfatı təyinatlı torpaq sahələri məmurların əlindədir. Kəndlilər və burada məskunlaşmış köçkünlər əkinlə, heyvandarlıqla məşğul ola bilmirlər.

XS
SM
MD
LG