Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01

ABŞ rusiyalı hərbi canilərin tapılmasına kömək edəcək


ABŞ-ın baş prokuroru Merrik Qarland və Ukraynanın baş prokuroru İrina Venediktova Lvovda
ABŞ-ın baş prokuroru Merrik Qarland və Ukraynanın baş prokuroru İrina Venediktova Lvovda

Hazırda Ukraynada səfərdə olan ABŞ baş prokuroru iyunun 21-də deyib ki, belə cinayətlər üçün məsuliyyət daşıyanlar heç yerdə gizlənə bilməyəcəklər

ABŞ-ın baş prokuroru Merrik Qarland deyib ki, Ukraynada Rusiyanın müdaxiləsi başlanandan bəri törədilmiş hərbi cinayətlərin mühakiməsində Kiyevə kömək edəcək.

Hazırda Ukraynada səfərdə olan Qarland iyunun 21-də deyib ki, belə cinayətlər üçün məsuliyyət daşıyanlar heç yerdə gizlənə bilməyəcəklər.

Ukraynanın baş prokuroru İrina Venediktova ilə Lvov yaxınlığında görüşən Qarland deyib ki, ABŞ Ədliyyə Nazirliyi hərbi canilərin izlənib aşkarlanması üçün xüsusi qrup təşkil edəcək:

“Biz və partnyorlarımız imkanımızda olan hər bir vasitədən bu vəhşiliklərə görə cavabdehlik daşıyanların mühakiməsinə nail olacağıq”.

Qarland deyib ki, sözü gedən qrup Ukraynaya hərbi canilərin mühakiməsində, sübutların toplanmasında, ekspertizada və insan haqları pozuntularının hüquqi təhlilində dəstək verəcək.

Təcrübəli xəfiyyə

ABŞ ədliyyə naziri qeyd edib ki, bu qrupa vaxtilə nasist hərbi canilərinin axtarışına başçılıq etmiş ekspert rəhbərlik edəcək.

Sözü gedən qrup habelə birbaşa ABŞ-ın yurisdiksiyasına daxil potensial cinayətlərin təhqiqatı ilə məşğul olacaq.

Söhbət müharibə zonasında həlak olmuş ABŞ jurnalistlərindən gedir.

“Amerika və dünya Rusiyanın Ukraynaya ədalətsiz müdaxiləsindən törənmiş qəddarlıqları görüb və bu barədə oxuyub”.

Venediktova Qarlanda ABŞ-ın bu dəstəyinə görə təşəkkürünü bildirib:

"Biz başa düşürük ki, nəhəng düşmənlərimiz var”.

Rusiya Ukranaya müdaxilə edəndən bəri bir sıra ekspertlərin fikrincə ağır hərbi cinayətlər törədilib.

ABŞ prezidenti Co Bayden Kiyev yaxınlığındakı Buçada törədilmiş qətlləri hərbi cinayət adlandırıb.

XS
SM
MD
LG