Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:05

'Ağıllı' qaz sayğacları itki və müdaxilələrə son qoyacaqmı?


Qaz limiti nə qədər ədalətli müəyyən edilib? Dağ kəndlərində yaşayanlar danışır
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Qaz limiti nə qədər ədalətli müəyyən edilib? Dağ kəndlərində yaşayanlar danışır

Azərbaycanda mənzillərə qaz verilməsində "smart-kart" tipli sayğacların mərhələli şəkildə ləğv ediləcəyi, onların əvəzinə "ağıllı" qaz sayğaclarının quraşdırılacağı gözlənir. "Azəriqaz" İstehsalat Birliyindən deyilib ki, bunlar dövlət hesabına həyata keçiriləcək.

Artıq Azərbaycanda bir neçə ildir ki, vətəndaşların sayğacların tez-tez dəyişilməsi və bəzi hallarda borcların şişirdilməsi ilə bağlı şikayətləri eşidilir. Xüsusilə də "smart-kart" tipli sayğaclar mexaniki sayğaclarla əvəz olunanda belə şikayətlər eşidildi.

"Azəriqaz"ın mətbuat katibi Eldəniz Vəliyev "Turan"a bildirib ki, qurum bir müddətdir "ağıllı" sayğacların tətbiqinə başlayıb: "40 min civarında sayğac artıq quraşdırılıb. Bu da, əsasən, ilkin olaraq yeni MTK-lərdə tətbiq olunub".

'Azərbaycan qazı birinci bizə satsın'
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

"O cihaz vasitəsilə…"

"Azəriqaz" rəsmisi "ağıllı" sayğacların iş prinsipini belə izah edib: "Mexaniki sayğacların üzərinə xırda bir cihaz quraşdırılır. O cihaz vasitəsilə abonentlərin bütün məlumat bazasını - abonent hansı limitdədir, hansı tarifdədir, borcu olan halda, qazın avtomatik olaraq mərkəzdən dayandırılması, borc ödənilən kimi dərhal mərkəzdən qazın verilişinin təmin olunması proseslərini, onlayn ödənişlərin həyata keçirilməsini biz görəcəyik və nəzarət edəcəyik".

Onun sözlərinə görə, "əhali" kateqoriyasına aid olan abonentlərin sayğacları beş ildən bir çıxarılaraq dövri dövlət yoxlanmasına göndərilir: "Həmin sayğaclar müvəqqəti başqa sayğaclarla əvəz olunur. Metrologiya departamentinə gətirilir, orada iki tipli yoxlamadan keçir... Əgər sayğaca müdaxilə halları baş veribsə və ya fors-major halları nəticəsində sayğaca müəyyən mənada zədələr dəyibsə, onun istismara verilməsi uyğun bilinmirsə, o, dövriyyədən çıxarılır".

M.Qəhrəmanlı
M.Qəhrəmanlı

"Abonentin iştirakı ilə həyata keçirilməlidir"

"Neftçilərin Hüquqlarını Müdafiəsi" İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı isə hesab edir ki, Azərbaycanda sayğaclar tez-tez dəyişilir: "Bu proses son bir ildə daha çox baş verməyə başlayıb. Sayğaclar əslində onların texniki pasportu əsasında yoxlanılmaya göndərilməlidir, laboratoriyalarda yoxlanılmalıdır. Müəyyən prosedurlar var ki, abonentin iştirakı ilə həyata keçirilməlidir".

O deyir ki, bütün qaz sayğacları artıq mənzillərin içindən bayıra köçürülüb: "Nazirlər Kabinetinin qərarına əsasən, onlar xüsusi örtüklü olmalıdır ki, kənar müdaxilədən qorunsun. Amma "Azəriqaz" bunu heç yerdə etmir və sayğacların üstü açıqdır. Sayğac düzgün işləmirsə, əhali bunu haradan bilsin?.. Əslində bu, xüsusi quramadır. Yəni, ölkədə kifayət qədər qaz itkisi var və qaz itkisini azaltmaq məqsədilə araşdırmadan əhalinin hesabına bağlayırlar".

Hüquq müdafiəçisi təzə "ağıllı" sayğaclara bir elə güvənmədiyini vurğulayır. "İllərdir görürəm sayğaclara müdaxiləni nə cür yazırlar, qaz itkisini nə cür yazırlar", - o, AzadlıqRadiosuna bildirib.

XS
SM
MD
LG