Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:51

'Bəs deyirdilər, kasıblara təsir etməyəcək?'


İşıqpulu qəbzi. 9yan2017
İşıqpulu qəbzi. 9yan2017

İqtisadçı Məhəmməd Talıblı: “Bəs AZƏRİŞIQ rəsmiləri deyirdilər ki, 300 kw işıqdan əhalinin 72 faizi istifadə edir?”

Son günlər “işıqpulu” qəbzləri sosial şəbəkələrin, az qala, başlıca görüntüsünə çevrilib. Bu haqda statuslar da bitib-tükənmir. Tarif Şurasının ötən ilin son ayında verdiyi qərarın nəticəsini gözləyən çox idi. Çoxları gözləyirdi ki, diferensiallaşmadan sonra evinə nə qədər “işıqpulu” gələcək.

Buna da bax:​ Qaz və elektrik tarifləri qaldırıldı

“Çox gələcəyini gözləyirdik”, - orta məktəb müəllimi, paytaxtın 28 may qəsəbəsində yaşayan İlhamə Məmmədova belə deyir. Onun 4 nəfərlik ailəsi, özü demiş, gen-bol evdə yaşayır, aylıq gəlirləri də təxminən min manat civarındadır: “Bilirsiniz ki, Bakıda bina evi həyət evlərindən bahadır. Biz də 15 il əvvəldən gəlib burda məskunlaşdıq, dişimiz-dırnağımızla çoxillik qazancımıza bir ev tikdik. İndi də bu evin kommunal xərclərinin əlində girinc olmuşuq”.

İlhamə Məmmədova: 'Əslində, qənaətə çoxdan keçmişdik, manat öləndən...'
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00
Direct-ə keçid

- İlhamə xanım, ailənizin gəliri, dediniz ki, təxminən, min manatdır. Bu, ölkə ölçüləriylə elə də az məbləğ deyil...

- Az görünmür, düzdür, amma gəlin xərclərə baxın. Qalxan təkcə işıq-qaz deyil ki... Əvvəl marketə girirdin, 100 manata bir zənbili doldururdun, amma indi heç yarısını doldura bilmirsən. O günü yoldaşımla hesablamışıq, demək, bu ay elə 250 manatdan çox kommunal xərcləri ödəməliyik. Qızım 11-ci sinifdədir və hər ay 350 manat onun hazırlığına veririk. Bilirsiniz ki, əlavə hazırlaşmasa, ali məktəbə girə bilməz.

Buna da bax: Maaşlar 10% artıb, ərzaq isə 100% bahalaşıb

- Bəs o xərcləri ödəməkdən ötrü nədən kəsirsiniz?

- Yeməyimizdən, geyməyimizdən, gəzməyimizdən. Yeməkdə qənaət edirsən. Paltar, illərdir, aldığımızdır, üfləyə-üfləyə geyinirik. Gəzmək hec yadımıza düşmür. Əslində, qənaətə çoxdan keçmişdik, manat öləndə... Ər-arvad ikimiz də maaşa baxan adamıq, amma indi də işıq da qalxıb, qaz da. Limiti bitirəcəyik yəqin, hava soyuqdur, kombi yandırırıq. Ötən ay təkcə qaza 130 manat vermişik, 120 manat da işıqpulu gəlib. Supulu azdır - 8 manat.

- Görünür, daha çox qənaət haqda düşünməyə dəyər...

- İndi suyu elektriklə isidirik. Onu qazla işləyən cihazla əvəzləyəcəyik. Amma başqa nə edə bilərik? Deyirsiniz, 1000 manat... Bu pul indi heç nədir. Bu yaxınlarda əməliyyat oldum, yoldaşım gedib müdirindən min manat borc aldı. İndi hər ay 100 manat ödəyirik.

“Kələm yeyəcəyik”

“Bəs deyirdilər, kasıblara təsir etməyəcək?”, - “Facebook” istifadəçiləri sanki danışıblarmış kimi, eyni sualı təkrarlayırlar.

Buna da bax:​ Prezident: 'Kommunal tariflər qonşu ölkələrdən bir neçə dəfə aşağıdır'

Şəlalə Quliyeva adlı istifadəçi yazır ki, səhər 8-də evdən çıxıb axşam 8-də qayıdırl: “141 manat işıqpulu gəlib. Dəhşətdir, dövlət verdiyi maaşın da üstünə bir az pul qoyub qaytarırıq dövlətə”.

Orxan Abdullazadə qeyd edir: “193 manat 92 qəpik işıqpulu... Ailəmizin ümumi gəliri 700 manat.. Bu il boyunca kələm yeməyi planlaşdırırıq. İşıq əvəzinə üzümüzün nurundan istifadə edəcəyik”.

Elşən Ələkbərov adlı istifadəçinin fikrincə, onlara çox pul yazılıb: “Təxminən əvvəlki aylardakı qədər elektrikdən istifadə etmişik, amma yazılan qəbzdə son ayda istifadə etdiyimiz elektrik enerjisi çox göstərilir, təəccüblənirik”.

Aylıq kilovat limitini keçməyən və ya başabaş işlədənlər də öz qəbzlərini sosial şəbəkələrdə paylaşırlar. Təxminən 10-15 manat “işıqpulu” qəbzlərinin sahibləri istilik sistemi ilə təchiz edilən və ya qazla isidilən mənzillərin sakini olduqlarını ayrıca vurğulayırlar. Məsələn, Arif Rüstəmov adlı “Facebook” istifadəçisi yazır ki, üçotaqlı mənzillərində məişət cihazlarını işlədərək, axşamları qaranlıqda keçirməyiblər: “Nə israfçılıq etdik, nə xüsusi qənaət, 15 manatlıq işıq işlətmişik. Yəqin evi radiatorla isitsəydik, biz də məbləği kəllə-çarxa çıxan çek alardıq. Yaşasın, “otopleniye!”.

Buna da bax: Suda tariflər artırılmayıb, birləşdirilib

“Bəs deyirdilər...”

İqtisadçı Məhəmməd Talıblı deyir ki, çox adamın enerjidən istifadə ilə bağlı yüksək qiymətli qəbz aldığını müşahidə edir: “Bəs AZƏRİŞIQ rəsmiləri deyirdi ki, ölkə üzrə aylıq 250 kilovat işlədənlərin xüsusi çəkisi 72 faizdir? Axı bunlar epizodik hallar deyil...”.

İqtisadçının fikrincə, hələ söhbət ilk aydan gedir və durumun pisləşməsi getdikcə özünü daha qabarıq göstərəcək: “Bu qiymət artımları onu sübut edir ki, əksəriyyət həmin normanı artıq keçir”. O, enerji tariflərində qiymət artımının əhalinin 72 faizinə təsir etməyəcəyi ilə bağlı deyilənlərin özünü doğrultmadığını düşünür.

“İsrafçılıq etməsinlər, çox da ödəməsinlər”

AZƏRİŞIQ rəsmisi Tanrıverdi Mustafayevin fikrincə, israfçılıq olmasa, əhaliyə elə 300 kwt-lıq elektrik enerjisi də yetər: “İsrafçılıq edirlərsə, qiymət də artacaq. Dekabrın 1-dən 300 kwt-adək köhnə tarif, ondan sonra işlədilən kwt isə yeni tariflə hesablanır”.

Buna da bax:​ Kommunal xidmətlərin yol xəritəsi də açıqlandı

Tanrıverdi Mustafayev: 'İsrafçılıq olmasa, əhaliyə elə 300 kv-lıq elektrik enerjisi də kifayət edəcək'
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00
Direct-ə keçid

Bəs işıqpulunu ödəyə bilməyən sakinlərin aqibəti necə olacaq? Tanrıverdi Mustafayev enerji xərcini ödəməkdə problem yaranacağını düşünmür və yenə deyir ki, hər kəs imkanlarına görə elektrik enerjisindən istifadə edəcək və xərcini də ödəyəcək.

Tarif Şurasının qərarına görə, artıq ay ərzində 300 kwt-dan çox istifadə edilən hər kwt-a - 11 qəpik ödəniləcək. O rəqəmdən az enerji tükədənlər işıqpulunu köhnə tariflə (hər kwt-a - 7 qəpik) hesablayacaqlar.

XS
SM
MD
LG