Qazaxıstan polisi millətçilərin YouTube kanalında dərc etdikləri materalların araşdırılmasına başlayıb.
Bu videolarda millətçi fəalalr respublikanın rus vətəndaşlarından qazaxca danışmalarını tələb edirlər.
Bu barədə məlumatı RIA Novosti agentliyinə Qazaxıstan Cinayət Axtarışı Xidmətinin rəisi Tleu Janqaraşev verib.
Til Maydani (Dil Meydanı) adlanan YouTube kanalındakı videolarda ana dili fəalları xidmət sahəsi əməkdaşlarından, bir hərbi qulluqçudan və həkimlərdən qazaxca danışmalarını tələb edirlər.
Bu videolardan birində milliyyətcə rus qadın Qazaxıstanın qərbindəki Aktau şəhərini rusların tikdiyini dediyinə görə üzr istəməyə məcbur olur.
Başqa videolarda isə bir neçə mağaza satıcısı dövlət dilində danışa bilmədiklərinə görə üzrxahlıq bildirirlər.
Avqustun ortalarında Rusiya Daxili İşlər Nazirliyi bu kanalın müəllifi Kuat Axmetovun 50 il müddətində Rusiya ərazisinə daxil olmasını qadağan edib.
Qazaxıstan prezidenti administrasiyası başçısının birinci müavini Dauren Abayev özlərini “dil keşikçiləri” adlandıranların hərəkətlərini “mağara vətənpərvərliyi” adlandırıb.
Rusca çıxış edən rəsmi Qazaxıstan hüquq-mühafizə orqanlarının belələri barədə tədbir görəcəyini vəd edib.
Ağır cərimələr, ağır cəzalar
Avqustun 18-də Axmetov Rusiyanın Ridovka nəşrinə demişdi ki, ona qarşı milli ədavəti qızışdırmaq ittihamı üzrə cinayət işi açılıb.
Onun sözlərinə görə, polis ondan bu kanalın bağlanmasını israrla tələb edirdi, o isə bunu etməyib.
O avqustun 19-da bu kanalı yaratdığına görə qeydiyyatsız birlikdə iştirak ittihamı ilə polis tərəfindən cərimə olunub.
Qazaxıstan Baş Prokurorluğunun sözçüsü bildirib ki, “Til Meydanı onlayn partiyasının” videomaterialları Almatı polisi tərəfindən məhkəməyə qədər təhqiqat çərçivəsində araşdırılır.
Əgər qrupa qarşı ittihamlar sübuta yetirilərsə, qanun, cavabdehlərin iki aylıq maaşdan 7 aylıq maaşadək məbləğdə (13.7 min dollar – 48 min dollar) cərimə olunmasını nəzərdə tutur.
Sözü gedən maddə üzrə müttəhim olanlar 3 ildən yeddi ilədək azadlıqdan məhrum edilə də bilərlər.
Qazaxıstan Konstitusiyasına görə rus dili ölkədə rəsmi statusa malikdir.
O dövlət idarələrində və yerli icra hakimiyyətlərində qazax dili ilə yanaşı işlədilir.
Ruslar Qazaxıstan əhalisinin 18.5 faizini təşkil edirlər.