Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:37

Prezident uzun saqqal və qısa şalvarı qadağan etməyə çağırdı


Foto arxiv
Foto arxiv

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə uzun saqqal saxlamaq və gödək şalvar geyməyi qanunla qadağan etməyə çağırıb.

AzadlıqRadiosu Qazaxıstan xidmətinin məlumatına görə, prezident belə bir bəyanatla aprelin 19-da Astanada Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin liderləri ilə görüşdə çıxış edib.

Prezidentin sözlərinə görə, bir sıra dindarların qısa şalvar geyməsi və uzun saqqal saxlaması qazax ənənələrinə uyğun deyil və bunun qanun çərçivəsində qadağan edilməsi üzərində işləmək lazımdır.

Prezident xüsusilə gənc nəsl arasında “dini savadsızlıq” əmələ gəldiyini deyib.

“Savadsızlıq nəticəsində gənc nəsl saqqal uzadır, şalvarlarının ətəyini kəsirlər.Tam qara paltara bürünən qazax qızlarının sayı artır. Bu bizim ənənələrimiz və xalqımıza uyğun deyil. Bunu qanun çərçivəsində qadağan edən sənəd hazırlamaq lazımdır.Qazaxlar qara paltarı matəm vaxtı geyirlər” deyə prezident vurğulayıb.

Nursultan Nazarbaev
Nursultan Nazarbaev

Prezident bildirib ki, qara libasla din arasında bağlılıq yoxdur.

Nazarbayev qeyd edib ki, Qazaxıstan rəqəmsal texnologiyaların inkişaf etdiyi bir dövrdə qeyri-ənənəvi təmaüllərin qarşısını almalıdır və dövlət lazım gəlsə bu işdə Qazaxıstan Müsəlmanları Ruhani İdarəsini dəstəkləməyə hazırdır.

Nazarbayev həmçinin deyib ki, dövlət imamların peşəkarlıq səviyyəsinin artırılmasında idarəyə kömək edəcək.

Amma L.N.Qumilyov adına Avrasiya Milli Universiteti dini kafedrasının doktoru Dosay Kenjetay bunun qadağa yolu ilə mümkünlüyünə şübhə ilə yanaşır.

“Qadağa ilə heç nəyi dəyişmək olmaz. Çünki biz bu dövrü keçmişik. Amma bu prezidentdən gəlirsə, hüquq-mühavizə orqanları həmişə bunu diqqətdə saxlayacaq, mexanimlər yaradacaqlar. Amma onları güclə saxlaya bilməyəcəyik.Əslində elmi və dini bilikləri birləşdirən mərkəz lazımdır” Dosay Kenjetay AzadlıqRadiosuna bildirib.

Qazaxıstan hakimiyyəti Vahabilik və sələfilik başda olmaqla son illər ölkədə digər islam təriqətlərinin yayılmasından narahatdır.

XS
SM
MD
LG