Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:34

Qazaxıstanda yerli və xarici işçilər arasında dava olub (VIDEO)


Tengiz yatağında dava-dalaş
Tengiz yatağında dava-dalaş

Abu Dabidə mənzillənmiş neft şirkətinin direktoru öz əməkdaşlarının Qazaxıstanın qərbindəki Tengiz neft mədnində yerli və xarici işçilər arasında düşmüş davada iştirakına görə “Qazax xalqından” üzr istəyib.

Qazax mediasının yazdığına görə iyunun 29-da Tengiz neft yatağında dava-dalaş bir livanlı işçi yerli qazax qadın işçinin təhqiramiz fotosunu sosial mediada paylaşandan sonra başlanıb.

Bu dava nəticəsində onalrca neftçi xəsarətlər alıb və yüzlərlə livanlı və iordaniyalı işçi mədəndən evakuasiya edilib.

Consolidated Contracting Engineering & Procurement S.A.L. Offshore şirkətinin direktoru Kauash Khisham fotonu paylaşmış əməkdaşına görə üzrxahlığını video vasitəsilə çatdırıb.

O əməkdaşın hərəkətinin tamamilə qəbuledilməz olduğunu bildirib və əlavə edib ki, belə hərəkət şirkətin dəyər və prinsipləri ilə bir araya sığmır.

O bunu da bildirib ki, Tengiz yatağında vəziyyıt sabitdir və xəsarətlərin heç biri ciddi olmayıb.

Lakin Atırau rayonunda insident vaxtı çəkilmiş videolarda təpik və yumruqlarla müşayiət olunan əlbəyaxa davanın getdiyi görünür. Bəzilərinin üzlərində qan və qançır izləri var.

Chevron, ExxonMobil, KazMunaiGas və LUKoil şirkətlərindən ibarət Tengizchevroil konsorsiumu iyulun 1-də bildirib ki, insidentdə 40-dək xəsarət alan olub.

İordaniyanın xarici işlər naziri Ayman Safadi iyunun 30-da yazdığı tvitdə bildirir ki, 107 iordaniyalıdan 5-i “yüngül xəsarət” alıb.

150-dək livanlı işçi polisin müşayiəti ilə mədəndən çıxarılıb.

XS
SM
MD
LG