Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:51

İşığı, qazı kəsməyə gəldilər, ara qarışdı


Xocasəndə sakinlər işığı, qazı kəsməyə gələnləri etirazla qarşılayıb.
Xocasəndə sakinlər işığı, qazı kəsməyə gələnləri etirazla qarşılayıb.

«Bu şaxtada, qarda gəliblər ki, tapşırıq var, bu gün işıq, qaz xətləri kəsilməlidir».

Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində metro tikintisinə görə plana düşmüş 64 evə kommunal xidmətlərin dayandırılması barədə qərar sakinləri qəzəbləndirib. Sakinlər «Qaynar xətt»ə bildiriblər ki, dekabrın 15-də səhər saatlarından qışın soyuğunda məhəllələri gəzən işıq və qaz idarəsinin işçiləri ilə üz-üzə qalıblar.

BİR NEÇƏ EVİN İŞIĞI, QAZI KƏSİLİB

Ərazidə yaşayan Nəsib Abdullayev: «Hələ evimizi tərk etməmişik, hələ bunların fırıldaqlarının üstünü sənədlə-sübutla aça-aça gəlirik, bunlarsa gəlib qapılara dirəniblər ki, işığı, qazı, suyu kəsirik».

Sakinlər evlərindən çıxaraq işığı, qazı kəsməyə gələnlərin qarşısını almağa çalışıblar. Bununla belə, idarə işçiləri geri «əliboş» qayıtmayıblar. Bir neçə evin işıq və qaz xətlərini kəsiblər:

«Kim ki, evdə yox idi, evinə gedən qaz, işıq xəttini kəsdilər. Dedilər, bir azdan gəlib suyu, kanalizasiya xəttini də kəsəcəklər. Deyirlər, onsuz da xeyri yoxdur, ya evlərdən könüllü çıxmalıyıq, ya da bir neçə gün ərzində gəlib bütün kommunal xətləri kəsəcəklər. Hətta gündüz imkan verməsək, bunu gecə edəcəklər. Biz də məcburuq ki, növbəylə gecələr kommunal xətlərin keşiyini çəkək».

"Motodrom"da evlərin sökülməsinə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Əraziyə bir neçə ağır texnika da gətirilib. Sakinlərin deməsinə görə, traktorlar bəzi tikililəri sökməyə gəlsələr də, aranın qarışdığını görən traktorçular sürüb ərazidən uzaqlaşıblar.

«XƏBƏRDARLIQ OLUNANDA HAVA MÜLAYİM KEÇİRDİ»

Binəqədi rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, mənzillərə gedən kommunal xətlərin kəsiləcəyi barədə burada yaşayan ailələrə dəfələrlə xəbərdarlıq olunub. Hətta ərazidəki gediş-gəliş yerlərinə elanlar da yapışdırılıb. Qurum hesab edir ki, sakinlər evlərindən çıxmamaqla ərazidəki söküntü, tikinti işlərinin ləngiməsinə səbəbkar olurlar. «Bəs niyə idarə işçiləri məhz çovğunlu, soyuq havada mənzillərin istilik, işıq xətlərini kəsmək istəyir» sualına qurumdan «onlara xəbərdarlıq olunanda havalar mülayim keçirdi», – deməklə kifayətləniblər.

Keçmiş Motodrom ərazisindəki yaşayış massivinin sakinləri yaxınlıqda tikilmiş «Avtovağzal» metrostansiyasının hazırda inşa edilməkdə olan deposuna görə evlərindən köçürülürlər. Ancaq sakinlər hökumətin təklif etdiyi kompensasiyanın məbləği ilə razılaşmırlar. Onlar hesab edirlər ki, mənzillərinin hər kvadratmetrinə görə 500 manat hesablanması ədalətsizlikdir. Sakinlər etirazlarını bildirmək üçün dəfələrlə ərazidən keçən əsas yolu bağlayıblar. Hökumət təmsilçilərinin məsələyə münasibəti bundan ibarətdir ki, kompensasiya əraziyə uyğun hesablanıb və məbləğ ədalətlidir.

XS
SM
MD
LG