Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:57

Erkin Qədirli namizədliyini geri götürdü


Erkin Qədirli
Erkin Qədirli

►"Ali Məhkəmənin İlqar Məmmədovla bağlı qərarını çox ədalətsiz bir qərar kimi qəbul edirdi"

REAL hərəkatının üzvü Erkin Qədirli parlament seçkilərində namizədliyini geri götürüb.

Bu barədə AzadlıqRadiosuna hərəkatdan iqtisadçı Natiq Cəfərli məlumat verib.

Erkin Qədirli 16 saylı Yasamal İkinci seçki dairəsindən namizədliyini verib qeydiyyatdan keçmişdi.

Natiq Cəfərli deyib ki, Erkin Qədirli hələ dünən (oktyabrın 13-də) namizədliyini geri götürmək istəyirdi:

“Çünki Ali Məhkəmənin İlqar Məmmədovla bağlı qərarını çox ədalətsiz bir qərar kimi qəbul edirdi və heç cür həzm edə bilmirdi. Deyirdi ki, belə bir şəraitdə seçkilərə getmək olmaz.”

Natiq Cəfərli deyib ki, yaxın saatlarda Erkin Qədirli bu məsələ ilə bağlı özü də açıqlama vermək niyyətindədir. Ancaq sabah daha geniş açıqlama verəcəklər.

Buna da bax: Azərbaycanda görünməmiş bank fırıldağı

Yada salaq ki, oktyabrın 13-də Ali Məhkəmədə verilən qərarda Şəki Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək işi yenidən həmin məhkəməyə qaytarılıb.

2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il azadlıqdan məhrum edilmişdi.

İlqar Məmmədov İsmayıllı hadisələri vaxtı kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurdu.

Halbuki Avropa İnsan Haqları Məhkəməsi və Avropa Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı iki qətnamə qəbul edib.

Hər iki sənəddə İlqar Məmmədovun təcili azadlığa buraxılması nəzərdə tutulur və Azərbaycan hökuməti buna çağrılırdı.

XS
SM
MD
LG