Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:40

Vəkili Qubad İbadoğlu ilə görüşüb


Qubad İbadoğlu
Qubad İbadoğlu

Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib

İyulun 27-də vəkil Zibeyda Sadıqova həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə Bakı İstintaq Təcridxanasında görüşüb.

Bu barədə məlumat verən vəkilin sözlərinə görə, İbadoğlunun səhhətində müəyyən problemlər var: "Yüksək qan təzyiqi var. Həkim ölçəndə təzyiq 145/90-a idi. Qubad bəy hipertoniyadan (yüksək qan təzyiqi) əziyyət çəkir".

Zibeydə Sadıqova qeyd edib ki, təcridxanada İbadoğludan qan analizi götürülüb.

Qızı:"Atama bizimlə telefonla əlaqə yaratmağa imkan vermirlər"

Qızı Jalə Bayramova isə bildirib ki, atasının həbsindən artıq 4 gün keçməsinə baxmayaraq onunla qanunverciliyə uygun telefonla danışa bilmirlər:

"Atam şəkər xəstəsidir və yüksək qan təzyiqi var. Biz onun vəziyyətindən narahatıq. Atama bizimlə telefonla əlaqə yaratmağa imkan vermirlər".

Amma bu deyilənlərlə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Qərb səfirlikləri Qubad İbadoğlu ilə bağlı birgə bəyanat yayıb

Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsi ilə bağlı birgə bəyanat yayıblar.

Sənəddə vurğulanır ki, "beynəlxalq səviyyəli alim Qubad İbadoğlunun iyulun 23-dəki həbsini yaxından izləyirlər: "Azərbaycanın öz vətəndaşlarının, o cümlədən Q. İbadoğlunun əsas azadlıqlarını və insan hüquqlarını Azərbaycan konstitusiyasına, beynəlxalq öhdəliklərinə uyğun olaraq müdafiə etməsi çox vacibdir".

Bəyanat müəllifləri Azərbaycan hökumətini Q.İbadoğlunun dərman vasitələrin təminatı və ədalətli məhkəmə prosesi daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşılmasına çağırıblar.

Hələlik, bəyanata Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl də bir sıra beynəlxalq təşkilatlar Quabad İbadoğlunun hüquqlarının müdafiəsi ilə bağlı açıqlamalar yayıblar.

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qubad İbadoğlu ittihamları qəbul etmir.

Yaxınları bəzi xəstəlikləri olduğu bildirilən Qubad İbadoğluna dərman və sovqat çatdırılmasına şərit yaradılmamsından şikayətləniblər.Amma onların şikayətlərinə rəsmi münasibət bildirilməyib.

Azərbaycan Demokratiya və Rifah Partiyası dövlət qeydiyyatına alınmayıb.

XS
SM
MD
LG