Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:45

Neftdənkənar ixracatda irəliləyiş var?


Ölkədə ixracın cəmi 12 faizi qeyri-neft sektorunun payına düşür.
Ölkədə ixracın cəmi 12 faizi qeyri-neft sektorunun payına düşür.

Bu il Azərbaycanda qeyri-neft məhsulları ixracının ilk dəfə 2 milyard dolları keçməsi proqnozlaşdırılır. 2021-ci ilin ilk səkkiz ayının nəticəsinə görə, bu il ölkənin qeyri-neft ixracının həcmi 1 milyard 584 milyon dollar olub. Bu, ötən il həyata keçirilən bütün qeyri-neft ixracının 85 faizi deməkdir. Hökumət rəsmiləri də tez-tez qeyri-neft sektorundakı ixracın artımını xüsusi qeyd edərək bunu böyük uğur sayır. Amma nəzərə almaq lazımdır ki, qeyri-neft ixracının ümumi ixracdakı payı hələ də çox aşağıdır. Bu ilin ilk səkkiz ayının nəticələrinə görə, Azərbaycanın toplam ixracı 12 milyard 935 milyon dollar olub. Bu o deməkdir ki, ölkədə ixracın 88 faizi neft, cəmi 12 faizi qeyri-neft sektorunun payına düşür. Yəni, hökumət qeyri-neft ixracının həcmiylə öyünsə də, həmin ixracın toplam ixracdakı payında ciddi dəyişiklik baş verməyib. Ölkənin qazandığı hər 100 dollardan 88-i hələ də məhz neft-qaz sektorundan gəlir və qeyri-neft ixracının azalan neft-gəlirlərini kompensasiya etmək gücü yoxdur.

Cədvəl: 2015-2021-ci illərdə Azərbaycanın qeyri-neft ixracı

İl

Qeyri-neft ixracı

2021 (ilk 8 ay)

1 milyard 584 milyon

2020

1 milyard 851 milyon

2019

1 milyard 954 milyon

2018

1 milyard 689 milyon

2017

1 milyard 538 milyon

2016

1 milyard 237 milyon

2015

1 milyard 581 milyon

İxracın 60 faizi cəmi iki ölkənin payına düşür

Qeyri-neft sektorunda 2017-ci ildən bəri artım tempi müşahidə edilsə də, ixracın strukturunda problemlər də qalmaqdadır. Ən diqqətçəkən məqamlardan biri qeyri-neft məhsullarının ixrac coğrafiyasının məhdud olmasıdır. Dövlət Gömrük Komitəsinin hesabatından aydın olur ki, bu il ərzində həyata keçirilən qeyri-neft ixracının 60 faizə yaxını cəmi iki ölkənin – Rusiya və Türkiyənin payına düşür. Özəlliklə Rusiyanın bəzi hallarda Azərbaycandan idxal edilən kənd təsərrüfatı məhsullarına qadağalar tətbiq etməsi Azərbaycanın qeyri-neft ixracının coğrafi məhdudluğu problemini daha da aktuallaşdırır.

Pambıqçılığın inkişafı: kəndli pul qazanmaq əvəzinə, borclanıb
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

İxraca görə ilk 10 yeri tutan ölkələr Azərbaycanın bütün qeyri-neft ixracının 90 faizə yaxınına sahib olub. Bu, qeyri-neft ixracının coğrafi baxımdan çox aşağı səviyyədə diversifikasiya olunmasının göstəricisidir. Müqayisə üçün, qonşu Gürcüstanın 2020-ci ildəki ixracında ilk iki yeri Azərbaycan və Çin tutub ki, bu iki ölkəyə həyata keçirilən ixrac ölkənin ümumi ixracının cəmi 27 faizi olub.

Cədvəl: 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft ixracının coğrafi strukturu

Ölkə

Qeyri-neft ixracının həcmi (dollar)

Ümumi ixracda payı (%)

1

Rusiya

522 milyon

32.96

2

Türkiyə

407 milyon

25.71

3

İsveçrə

155 milyon

9.77

4

Gürcüstan

109 milyon

6.91

5

ABŞ

48 milyon

3.03

6

Ukrayna

30 milyon

1.91

7

Çin

25 milyon

1.60

8

Qazaxıstan

22 milyon

1.40

9

Türkmənistan

21 milyon

1.36

10

Belçika

20 milyon

1.29

İxracın yarısı cəmi 10 şirkətin payına düşür

Rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycanın qeyri-neft sektoru məhsullarının alıcıları kimi, satıcılarının da sayı məhduddur. Rəsmi statistika xarici ticarət əlaqələrində minlərlə təsərrüfat subyektinin iştirak etdiyini deyir. Lakin açıqlanan məlumatlardan görünür ki, 2021-ci ildə ölkənin bütün qeyri-neft ixracının tən yarısı ən çox ixrac həyata keçirən ilk on şirkət tərəfindən həyata keçirilib. Daha bir diqqətçəkən məqam bu 10 şirkətdən cəmi dördünün özəl sektora aid olmasıdır. Bu məqam özəl sektorun məhdud inkişafının ölkənin ixracında da əks olunduğunu göstərir. Qeyri-neft sektorundakı bütün ixracın 40 faizə yaxını cəmi 10 dövlət şirkətinin payına düşüb.

Cədvəl: 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın əsas qeyri-neft məhsulları ixracatçıları

Ölkə

Qeyri-neft ixracının həcmi (dollar)

ARDNŞ-nin "marketinq və iqtisadi əməliyyatlar" idarəsi

158 milyon

SOCAR Polymer

122 milyon 700 min

AZƏRGOLD

76 milyon 300 min

MKT İstehsalat Kommersiya

72 milyon 600 min

AZƏRALÜMİNİMUM

57 milyon 900 min

"AZƏRBAYCAN İNTERNEYŞNL MAYNİNQ KOMPANİ LİMİTED ŞİRKƏTİ"nin
Azərbaycan Respublikasındakı nümayəndəliyi

55 milyon

AZƏRPAMBIQ

55 milyon

Local Garden

50 milyon 500 min

AZƏRENERJİ

32 milyon 400

P-Aqro

28 milyon 500 min

XS
SM
MD
LG