Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:48

'Azərbaycanda qeyri-neft sektoru elə neft hesabına artır'


Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir

Azərbaycanın 2022-ci ildə qeyri-neft məhsulların ixracında müstəqillik dövründə tarixi maksimum əldə edildiyi bildirilir. Rəsmi məlumata görə, 2021-ci illə müqayisədə bu sektorda ixrac kəskin artıb. Ötən il Azərbaycanın ümumi ixracı 38.1 milyard, qeyri-neft sektoru üzrə 3 milyard ABŞ dolları təşkil edib. 2021-ci ildə ixrac 22.2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə də 2.7 milyard ABŞ dolları olmuşdu.

Bu ilin yanvarında isə qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22.6 faiz artıb və 284.5 milyon ABŞ dolları təşkil edib.

Ən çox kimya məhsullarının ixracı…

İqtisadı İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən də "Turan"a bildirilib ki, ötən ildə qeyri-neft sektoru üzrə ixrac 10.3 faiz artıb. Qeyd olunub ki, ötən il kimya sənayesi məhsullarının ixracı 57.7, qara metallar, onlardan hazırlanan məmulatların ixracı 17.5, alüminium… ixracı 15.4 , çay ixracı isə 35.6 faiz artıb: "Aqrar və aqrar sənaye məhsulları üzrə ixrac 912.4 milyon ABŞ dolları təşkil edib... Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.4 faiz artıb".

İqtisadiyyat Nazirliyindən də bildirilib ki, ixrac məhsullarının sırasında meyvə-tərəvəz, pambıq lifi, kimya sənayesi məmulatları üstünlük təşkil edib: "Qeyri-neft ixracında məhsul çeşidi 2021-ci illə müqayisədə 10 faiz çox olub. Azərbaycan 100-dən çox ölkəyə qeyri-neft məhsullarını satır və ötən il bu coğrafiya bazarı genişlənib".

Fermerlər boş qalmış soyuducu anbarlara niyə məhsul verə bilmir?
Gözlə

No media source currently available

0:00 0:06:33 0:00

"İqtisadiyyatın 92 faizi neft sektorunun payına düşür"

İqtisadçı, işadamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, rəsmi statistikaya görə, Azərbaycan iqtisadiyyatının 92 faizi neft sektorunun payına düşür: "Neft sektoru dedikdə hökumət xam karbohidrogen ehtiyatlarını nəzərdə tutur. Qeyri-neft sektoru dedikdə isə hökumət ora karbamidi, polietileni, polipropileni, yəni neft-kimya sənayesinə aid məhsullarını da aid edir. Bu məhsullar xam neftə aid olmasa da, yarımfabrikatdırlar və neft sektoruna aiddirlər".

Onun sözlərinə görə, kənd təsərrüfat məhsullarının ixracında artımla bağlı deyilənlər də şübhə yaradır: "Azərbaycanın özündə kənd təsərrüfatı məsulları çatışmazlığı var və biz özümüz onları idxal edirik. Necə olur ki, bu məhsulların ixracı artır? Rusiyanın sanksiyalara məruz qaldığı dövrlərdə, ondan əvvəl də ("pomidor müharibəsi") Türkiyə, İran mənşəli məhsulların bir çoxu Azərbaycan üzərindən satılır və reeksport olunurdu".

2015-ci ilin noyabrında Suriya- Türkiyə sərhədində Türkiyə qırıcısının Rusiya hərbi təyyarəsini vurması iki ölkə arasında diplomatik və iqtisadi gərginliyə səbəb olmuşdu. Rusiya Türkiyədən pomidor idxalını dayandırmışdı. Sonradan idxal bərpa edildi.

XS
SM
MD
LG