Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:54

Qəzalı evdə yaşayan uşaq: ‘Atam işə gedirdi, un alırdı...indi unumuz da qurtarıb’


Astaranın Səlivə kəndində qəzalı ev, 2020
Astaranın Səlivə kəndində qəzalı ev, 2020

Astara rayonunun Səlivə kəndinə gedən yol uzun illərdir ki, təmir olunmur. Bu yolun qismətində içtimai nəqliyyat da yoxdur. Kəndə çətinliklə gəlib çatırıq.

Səlivə kəndinə gəlişmizdə məqsəd, yerli sakinlərdən Şahin Həkimovun ailəsinin müraciəti əsasında onların yaşayışı ilə tanış olmaq idi.

Həkimovlar ailəsi qəza vəziyyətində olan evdə yaşayırlar. Divarları gildən olan ev mişar daşından hörülmüş dayaqlar üstə qalır. Torpaq sürüşməsi nəticəsində dayaqlar əyilib, ev dağılmaq üzrədir.

“Torpaq sürüşür, ev qarşıq”

Qəzalı ev, torpaq sürüşməsi fonunda
Qəzalı ev, torpaq sürüşməsi fonunda

“Torpaq sürüşür, ev qarşıq. Astara Rayon İcra hakimiyyəti başçısının birinci müavinin qəbulunda 3 dəfə olmuşam. Sürüşmə keçən ilin aprelində baş verib. Deyirlər səbrli olun. Fövqəladə Hallar Nazirliyinə bildirilib. Ancaq nəticə yoxdur ”, deyə Ş.Həkimov söyləyir.

“...İndi aclıqla üz-üzəyik”

Ailənin böyük oğlunun 11 yaşı var, kiçiyi isə 6 aylıqdır. Uşaqlarının solğun bənzlərinə, xəstəhal görüntülərinə baxan ata onları da yaxşı qidalandıra bilmədiyini deyir.

“Heç yerdə işləmirəm, iş yoxdur. İşlə bağlı müraciət etmişəm. 35 yaşım var, 7 uşaq atasıyam. Qaradağa daş karxanasına fəhləliyə gedirdim. Baxmayaraq ki, belimdə yırtıq əmələ gəlib. İndi karantinlə ( Koronovirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin rejimidir-red) bağlı orada da iş dayanıb. Balalarımı dolandırırdım. İndi o da yoxdur. Nə sosial yardım var, nə də xəstə uşağıma pensiya verirlər. Gəlir yoxdur. Bir neçə gün əvvəl də icra hakmiyyətinə getmişdim, vəziyyətimi danışdım, sürüşmə nəticəsində evimin yararsız hala düşdüyünü dedim. Dedilər get, düzələr. Dedim bu müddətdə balalarım acından ölər, ev dağılar. Ölkə başçısına video ilə müraciət etmişəm.Hələ ki,heç bir tərpəniş yoxdur. Evin qəzalı vəziyyətdə olması bir yana, indi aclıqla üz-üzəyik.”

Qəzalı ev
Qəzalı ev

O, daha sonra da bunları əlavə edib:

“Pay torpağının aktı atamın adınadır. Mənə 7 sot torpaq düşür. Mən o 7 sot torpaqla bu qədər ailəni necə saxlayım? Ünvanlı sosial yardım istədim, cavab gəldi ki, torpağın var, sənə olmaz. Torpaq həm də uzaqda yerləşir,1 saatlıq yoldur. Dağ yerində torpaq necə olar? Əkinə yararsızdır”

“Həkim deyir ki, əkizlərin qidalanması zəif oluğuna görə,...”

Astarada ailə
Astarada ailə

Şahin Həkimov yenə evlə bağlı narahatlığını dilə gətirir.

“Ev dağılsa hamımız onun altında qalacağıq. İcra hakmiyyətindən nümayəndə gəlmişdi. Dedi ki,standartlara uyğun ev tikməmisən. Su buranı yuyub aparıb. Dedim kasıb bir adamam, bu evi güclə tikmişəm. Bu iki mərtəbəli ev deyil. Sürüşmə olmasaydı belə yararsız hala düşməzdi. Pulum yoxdur yenidən ev tikim. Son beşiklər əkizlərdir. Əkizlər üçün həkim yemək yazıb.Yeməyi 29 manata alırdım. Hazırda ala bilmirəm. Həkim deyir ki, əkizlərin qidalanması zəif oluğuna görə, inkişafları da yoxdur. Koronavirusa görə bu vəziyyətə düşmüşəm. Biz gündəlik çörək pulu qazanan adamlarıq. O gün işləməsək ailə ac qalar.”

“Uşaqları bir ildən çoxdur ki, məktəbə getmirlər”

Ata imkansızlıqdan uşaqlarının bir ildən çoxdur ki, məktəbə getmədiyini də dilə gətirir.

“Uşaqlar məktəbə getmirlər( Azərbaycanda koronovirus pandemiyası ilə bağlı martın 3-dən dərslər də dayanıb-red). İqtisadi vəziyyətim yaxşı deyil, paltarları yoxdur. Televizorun nə olduğunu bilmirlər. Ölkədə baş verənlərdən xəbərləri yoxdur. 190 manat almaq üçün ( Koronavirus pandemiyası dövründə işsizlərə birdafəlik verilən yardım-red) müraciət etmişəm. Amma ona da cavab hələ gəlməyib. Hansı ölkənin vətəndaşı olduğumu yadımdan çıxartmışam.”

“Gündə bir dəfə yemək yeyirik”

Uşaqlar da utana-utana uzun müddətdir problemlər üzündən məktəbə gedə bilmədiklərini söyləyirlər. 10 yaşlı Turan ən böyük arzusunun məktəbə getmək olduğunu deyir.

“Paltarım yoxdur deyə gedə bilmirəm. Gündə bir dəfə yemək yeyirk. Süfrəmizdə ət olmur. Atam işə gedirdi, un alırdı...indi unumuz da qurtarıb.”

Şahin Həkimovun qardaşı Mikayıl Həkimovun sözlərinə görə, qardaşının ailəsinə bacardıqları qədər yardım etməyə çalışırlar.

“Çörəyini biz veririk. Bizim də imkanımız elə də çox deyil. Özüm limon, mandalin satıb yaşayıram. Daş karxanası qardaşımı məhv etdi.”

Səlivə kəndində təbii qaz yoxdur,...

Lerik rayonu, Ərdəbilə kəndi, arxiv foto
Lerik rayonu, Ərdəbilə kəndi, arxiv foto

Səlivə kəndində təbii qaz yoxdur. Kəndə elektirik sarıdan da problemlər olduğu söylənir. Deylənə görə, kimin imkanı varsa qonşu kəndən özünə elektirik xətti çəkib. Qonşu kəndlə məsafə isə bir kilometrdən çoxdur.

Şahin Həkimov əlavə edir ki, elektirk xətti qardaşının evindən gəlir.

İcra hakimiyyətindən deyilənlər

Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov da deyib ki, sürüşmə zonlarında qəzalı vəziyyətdə olan evlər var:

“Sürüşmə zonalarında qəzalı vəziyyətdə olan evlərin siyahısını Fövqəladə Hallar Nazirlyinə göndərmişik. Ordan da nümayəndələri dəvət etmişik. Kimlərə rəy veriblərsə ev məsələsi həll olunacaq.Torpaq sürüşməsi baş verən ərazilərdə olanlar üçün ev nəzərdə tutulur. Hətta, çox qəzalı vəzuiyyətdədirsə yeni tikilən binalarda ev verilə bilər.Gərək, Fövqəladə Hallar Nazirlyin rəyi ola. Həmin ərazilər sürüşmə zonlarıdır. Fövqəladə Hallar Nazirliyi ev tikəndə 2 otaqlı ev tikir, 36 mənzilli evlər də 2 otaqlıdır. Qəzalı vəziyyətdə olan evlər barəsində dərhal Fövqəladı Hallar Nazirliyinə bildiririk. Bu bir qaydadır. Biz belə adamları yaddan çıxartmırıq.”

İcra Hakimiyyətindən bildirildiyinə görə, imkansız ailələrə yardımlar edilir.

Astara rayon Elektrik Şəbəkəsi qurumundan isə Səlivə kəndində elektirik sarıdan problemlər olması barədə deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG