Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

Moskvada qəzetin redaksiyasına qəfəsdə qoyun göndəriblər


Redaksiyaya göndərilmiş qoyunlardan biri
Redaksiyaya göndərilmiş qoyunlardan biri

Rusiyanın müstəqil Novaya Gazeta qəzetinə naməlum mənbədən üstündə “press” yazılmış jiletlər geyindirilmiş 9 diri qoyun göndərilib.

Bundan az əvvəl qəzet prezident Vladimir Putinin yaxın çevrəsinə daxil biznesmen Yevgeny Prigozhin barədə təhqiqat yazıları dərc etmişdi.

Üç qəfəsə salınmış 9 qoyundan bəzisinə geyindirilmiş jiletlərin üstündə “Press, Novaya Gazeta” yazılmışdı. Oktyabrın 29-da göndərilmiş qəfəslərin də üstündə “Novaya Gazeta” sözləri vardı.

Bu akt üçün məsuliyəti heç kəs üzərinə götürməyib.

Qəzet oktyabrın 22-də jurnalist Denis Korotkovun Prigozhin-in mühafizəsinin keçmiş üzvünə istinadən yazdığı məqaləni dərc etmişdi.

Məqalədə iddia olunurdu ki, Prigozhin bir neçə opponentlərinə hücumlar təşkil edib və bunlardan ən azı biri qətllə nəticələnib.

Yevgeny Prigozhin (solda) prezident Putinin xarici alimlərə verdiyi ziyafətdə xidmət göstərərkən
Yevgeny Prigozhin (solda) prezident Putinin xarici alimlərə verdiyi ziyafətdə xidmət göstərərkən

Kremlin tədbirlərində göstərdiyi iaşə xidmətlərinə görə “Vladimir Putinin aşpazı” ayamasını qazanmış Prigozhin-ə qarşı ABŞ prokurorları tərəfindən ittihamlar irəli sürülüb. O 2016-cı il ABŞ prezident seçkisinə müdaxilədə günahlandırılır.

Onu həm də Ukraynanın şərqindəki moskvayönlü separatçılara dəstəkdə ittiham edirlər.

Korotkovun məqaləsi dərc olunmazdan bir həftə əvvəl onun evinə anonim şəkildə dəfn çələngi göndərilmişdi. Əklilin üstündə “öz ölkəsinə xəyanət edən” yazılmışdı.

Naməlum şəxslər habelə oktyabrın 18-də qəzetin redaksiyasına içərisində bir neçə qoç başı və qərənfillər olan səbət göndərmişdilər. Bu səbətə həm də Novaya Gazeta-nı və Korotkovu “təbrik edən” açıqca qoyulmuşdu.

2000-ci ildən bəri 5 əməkdaşı peşə fəaliyyəti ilə bağlı öldürülmüş Novaya Gazeta yazır ki, Rusiya hakimiyyəti Korotkov-a qarşı təhdid və böhtan kampaniyası aparır.

Qəzet yazır ki, hakimiyyət Korotkovu Suriyadakı Rusiya pilotları barədə məlumatları dərc etməklə hərbçilərin həyatını təhlükəyə atmaqda günahlandırır.

XS
SM
MD
LG