Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:48

Qırğızıstan “demokratik seçki" keçirdiyini elan edib


Prezident Almazbek Atambayev səs verir.
Prezident Almazbek Atambayev səs verir.

Müşahidəçilər bildirirlər ki, Qırğızıstan avtoritar Mərkəzi Asiyada güclü parlamenti olan yeganə ölkədir.

Qırğızıstanda ötən bazar günü keçirilmiş parlament seçkisində moskvayönlü prezident Almazbek Atambayevin Sosial-Demokrat Partiyası qalib gəlib.

Yeni parlamentə daha beş siyasi partiyanın nümayəndələri seçiliblər.

Sosial-demokratlar seçicilərin 27 faizinin səslərini qazana biliblər.

İkinci yerdə olan millətçi Respublika Ata Yurt Partiyası səslərin 20 faizinə sahib olub.

Biz müasir inkişaf etmiş demokratiyalar kimi seçki keçirməyə qabil olduğumuzu sübut etdik

Xarici agentliklərin xəbərlərində deyilir ki, əsasən regional xüsusiyyətlərinə görə bölünmüş siyasi partiyaların namizədləri konkret platformaya malik deyildilər.

Bununla belə, heç bir siyasi partiyanın parlament çoxluğu olmadığına görə ölkədə Rusiyaya rəğbətli koalisiya hökumətinin yaradılacağı gözlənilir.

Yeni hökumət ölkənin qarşısında duran dərin maliyyə-iqtisadi böhranla üzləşməli olacaq.

Qırğızıstanda inflayasiya artır, Rusiyada işləyən yüz minlərlə miqrantın evə göndərdiyi pullar azalır.

Bütün partiyalar rusiyayönlüdür

7 faizlik parlament üzvlüyü baryerini keçmiş qalan dörd partiya da Rusiya oriyentasiyalıdır.

Son nəticələrə görə, Onuquu (Tərəqqi) Partiyası 12 faiz, Bir Bol və Ata Meken partiyaları isə 10 faiz səsə sahib olublar.

Müşahidəçilər bildirirlər ki, Qırğızıstan avtoritar Mərkəzi Asiyada güclü parlamenti olan yeganə ölkədir.

Qırğız təhlilçilərdən Marat Kazakpayev AFP-yə deyib ki, “Biz müasir inkişaf etmiş demokratiyalar kimi seçki keçirməyə qabil olduğumuzu sübut etdik”.

Buna baxmayaraq, Kazakpaev yeni parlamentin tərkibindən narazıdır. Onun fikrincə köhnə, korrupsiyalı elita hakim mövqeyini saxlayıb.

Seçkini ATƏT-in 300 müşahidəçisi izləyib. Təşkilat bu gün az sonra bəyanatla çıxış edəcək.

XS
SM
MD
LG