Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:40

Qanunsuz mədrəsələrdə uşaqlara nə öyrədirlər?


Qırğızıstan, uşaqlar mədrəsədə, mart 2017
Qırğızıstan, uşaqlar mədrəsədə, mart 2017

Qırğızıstanda hər il daha çox valideyn uşağını mədrəsəyə göndərir

Qırğızıstanda qanunsuz mədrəsələrin sayı-hesabı yoxdur. Bir həftə öncəxüsusi komissiya Bişkekdə yoxlama aparıb. Paytaxtın rayonlarından birində beş dini tədris müəssisəsinin Dini İşlər üzrə Dövlət Komitəsində qeydə alınmadığı üzə çıxıb.

Currenttime.tv-nin Bişkekdə qanunsuz fəaliyyət göstərən mədrəsədə çəkiliş aparmasına əvvəlcə heç kim razılaşmasa da, daha sonra içəri keçmək çətin olmayıb. Amma mədrəsənin fəaliyyəti ilə bağlı çəkiliş qrupuna nə hər hansı sənəd göstərən, nə də məlumat verən tapılıb. Məscid-mədrəsədə olan uşaqlarsa namazdan sonra tələsik evlərinin yolunu tutub.

Jurnalistlər gizli fəaliyyət göstərən mədrəsinin rütubətli otaqlarında antisanitariya hökm sürdüyünü görüblər. Burda yeniyetmələrə Quran və ərəb dilinin əsasları öyrədilir. Məscid təkcə mədrəsə və dua otağından da ibarət deyilmiş. Arxa otaqda çarpayı qoyulubmuş. Burda kimin yaşadığına dair də məlumat verən olmayıb.

Dini təhsil ocaqları hakimiyyət qurumlarının nəzarətinə keçib

Qırğızıstanın Dini İşlər üzrə Dövlət Komitəsi sədrinin müavini Zakir Çotayev, mart 2017
Qırğızıstanın Dini İşlər üzrə Dövlət Komitəsi sədrinin müavini Zakir Çotayev, mart 2017

Hakimiyyət orqanları bildirir ki, son illərdə Qırğızıatanda ekstremist ovqat artıb. Elə bu səbəbdən bir müddətdir ki, dini təhsil ocaqları hakimiyyət qurumlarının nəzarətinə keçib. Ölkədəki müftilik idarəsi bildirib ki, qanunsuz fəaliyyət göstərən bu mədrəsə də bağlanacaq. Bağlanma söhbəti getsə də, Bişkek civarında yerləşən sözügedən mədrəsə hələ də işini davam etdirir.

Qırğızıstanın Dini İşlər üzrə Dövlət Komitəsi sədrinin müavini Zakir Çotayev deyir ki, qurum ötən ilin dekabrında ölkə üzrə monitorinqləri başa çatdırıb. Monitorinq nəticəsində 70-dən çox dini təhsil müəssisəsi yoxlanılıb. Fəaliyyəti uyğun olmayanlar haqqında protokol tərtib edilib. Hakimiyyət bildirir ki, qanunu pozanlar məmurların sözünə qulaq asmasalar, məhkəməyə veriləcəklər.

Bu yaxınlarda Dini İşlər üzrə Dövlət Komitəsi "Murtazali" adlı mədrəsəyə də şifahi xəbərdarlıq edib. Bu mədrəsə şəhərin mərkəzində yarım ildən çox sənədsiz-filansız işləyrimiş. Mədrəsə imamının İslam adlı köməkçisi bildirib ki, sənədlər tezliklə qaydaya salınacaq. İslam onu da deyib ki, hazırda mədrəsə işçiləri sanitariya şəraitini yaxşılaşdırırlar.Bu işlərə dəstəmaz yerinin genişlənməsi, əlavə əlüzyuyanların qoyulması və s. daxildir.

İmamın köməkçisi hazırda mədrəsədə qanunsuz fəaliyyətə heç bir əsas olmadığını bildirib. Ancaq mədrəsədəki boş sinif otaqlarını və yataq yerini göstərməkdən də boyun qaçırıb.

Mədrəsənin müəllimi Akılbek Dostnatov deyib ki, Qırğızıstanda dini müəssisənidövlət qeydiyyatına saldırmaq çətin deyil. Onun sözlərinə görə, bundan ötrü 10-a yaxın müxtəlif sənədi toplamaq yetər:

"Bu uşaqları bizə etibar ediblər. Ona görə də onlara lazımi şərait - istiik,yemək və s. olmalıdır".

Mədrəsənin müəllimi Akılbek Dostnatov, mart 2017
Mədrəsənin müəllimi Akılbek Dostnatov, mart 2017

Dini təhsil get-gedə populyarlaşır

Qırğızıstanda dini təhsil ildən-ilə daha da yayılır. Hər il daha çox valideyn uşağını mədrəsəyə göndərir. Abdulla İbn Masud-un mədrəsəsin-də hazırda 300-ə yaxın gənc təhsil alır. Bu mədrəsədə hər otaqda10-dək ikiqatlı çarpayı var. Dini internatda hazırda boş yer yoxdur.

Mədrəsədə oxuyanBayman Ubaydullayev deyir ki, buranı bitirənlərə diplom verilir:

"Doğrudur, verilən sənəd tam dövlət diplomu sayılmır, ancaq müftilik idarəsi bu diplomu qəbul edir. Mədrəsənin fəaliyyətinə də dövlət icazə verib. Buranı bitirəndən sonra gələcəkdə biz iş də tapa biləcəyik".

Bu mədrəsənin yerləşdiyi yaşayış məntəqəsində daha çox müsəlman dini məktəbləri fəaliyyət göstərir. Həmin məktəblərdəki şagirdlərin əksəriyyəti qızlardır.

XS
SM
MD
LG