Polyak cərrahlar 63 yaşlı xəstəyə boğaz köçürəndən sonra o, normal şəkildə nəfəs almağa, danışmağa, yeməyə başlayıb.
Ona bir neçə il əvvəl qırtlaq xərçəngi diqnozu qoyulmuş və qırtlağı kəsilib çıxarılmışdı.
Amma 2012-13-cü illərdə onun nitq qabiliyyətinin bərpası üçün keçirilən əməliyyat uğursuz olmuşdu.
O vaxtdan bəri xəstə xüsusi boru vasitəsilə nəfəs alırdı.
İndi, professor Adam Maciejewski və doctor Adam Dobrut-un keçirdiyi 11 saatlıq əməliyyatdan bir ay sonra xəstə danışa bilir:
“Əvvəlcə onu deyim ki, bu əməliyyat mənə çox böyük rahatlıq gətirdi, çünki əməliyyatacan danışa bilmirdim. İndi yenidən danışmağı öyrənirəm”.
Adam Maciejewski əvvəllər də oxşar əməliyyat keçirib. Amma bu dəfəki ən mürəkkəbidir.
Qırtlaqla bərabər xəstəyə qalxanabənzər vəzi, nəfəs yolları, damarlar və s. də köçürülüb.
Oktyabrda keçirilmiş bu əməliyyat üçün ən böyük təhlükə xəstənin immun sisteminin köçürülən orqanı bir müddət sonra rədd edəcəyi ehtimalıdır.
Buna da bax: Müğənni ilə cərrah arasında məhkəmə davası