Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:14

'Quşçuluq massivi'ndə evləri su basıb [Video]


«Quşçuluq massivi» - 3 oktyabr 2017
«Quşçuluq massivi» - 3 oktyabr 2017

Bu gün, oktyabrın 3-ü Abşeron rayonu «Quşçuluq massivi» adlı ərazidə 20-25 evə su girib.

Sakinlərdən Elnur Həsənov AzadlıqRadiosuna deyib ki, baş verənlərlə bağlı səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə məlumat çatdırıblar. Ancaq onlara hələlik kömək gəlməyib.

O vurğulayıb ki, 6 ilə yaxındır «Quşçuluq massivi»ndə ev tikiblər:

«Hər il bir neçə dəfə burada evləri su basır. Tək yağış suyu deyil. Ətraf göllərin də suyu yağıntı olanda, daşıb bura axır. Nasos gətirib həmin gölləri qurutmurlar»

«Quşçuluq massivi» - 3 oktyabr 2017
«Quşçuluq massivi» - 3 oktyabr 2017

Sakinlərdən Ramidə Həsənova isə deyib ki, qorxusundan işə getməyib:

«Dedim gedərəm, yenə yağış yağar, evi tamam su basar. Uşaqlar evdədir. Əgər gəlib evə, zirzəmiyə dolan suyu çəkməsələr, əşyalarımın hamısı sıradan çıxacaq».

Sakinlər deyir ki, ziyan təkcə evlərinə dəymir. Təsərrüfat, toyuq-cücə də tələf olur:

«Bu məsələ həllini tapmır və nə vaxt tapacağı da bəlli deyil».

Sakinlərin şikayətinə hələlik Fövqəladə Hallar Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Oktyabrın 2-si ölkə boyu yağışlar yağıb.

Bakıda Binəqədi rayonunda və ətraf yaşayış məntəqələrində bəzi evləri su basdığı bildirilir.

XS
SM
MD
LG