Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:24

Qırğızıstanda rus dilinin rəsmi statusdan məhrum edilməsi təklif olunub


Qırğızıstanda Konstitusiya Şurasının üzvü Sadiriddin Toraliyev qurumun noyabrın 26-da keçirilən iclasında rus dilinə rəsmi status verən maddənin ölkə Konstitusiyasından çıxaırlmasını təklif edib.

Bu barədə məlumatı AzadlıqRadiosunun Qırğız xidməti verib.

Xəbərə görə Toraliyev deyib:

"Mən başa düşürəm ki, vətəndaşların nə qədər çox dil bilməsi bir o qədər yaxşıdır və biz rus dili vasitəsilə çox şeyə nail olmuşuq. Lakin biz ayrıca qanun qəbul etməli və xarici dillərin tədrisini inkişaf etdirməliyik. Amma Konstitusiyada yalnız qırğız dilinin statusu təsbit edilməlidir”.

“Sadiq it kimi”

Onun sözlərinə görə vətəndaşlar buna ehtiyac görməsələr ana dilini öyrənməyəcəklər:

“Biz rus dilinə öyrəşmişik və sadiq it kimi ona bağlı qalmışıq. Belə olmamalıdır. Bİz öz dilimizi itirə bilərik. Adamın təbiəti belədir. Onu məcbur etməsən, heç nəyi öyrənməyəcək”.

Qırğızıstan mediası yazır ki, Konstitusiya Şurasının başqa üzvlərinin məsələyə münasibəti bəlli deyil.

Qırğızıstanda mövcud konstitusiyaya görə rus dili rəsmi dildir.

2019-cu ildə siyasi partiyaların bloku konstitusiya islahatı keçirməyi və rus dilinin rəsmi statusunu ləğv etməyi tələb edirdilər.

Amma 2020-ci ilin oktyabrında ölkə prezidentinin səlahiyyətlərini icra edən baş nazir Sadır Japarov Rusiya səfiri ilə söhbətində bu məsələnin gündəlikdə olmadığını demişdi.

Ölkə prezident respublikasına çevrilir?

Qırğızıstanın yeni Konstitusiya layihəsi ictimai müzakirəyə noyabrın 17-dən çıxarılıb.

Bu Konstitusiya layihəsində respublika prezidentinin səlahiyyət və rolunun artırılması nəzərdə tutulur.

Əgər bu islahatlar qəbul olunarsa, Qırğızıstan faktiki olaraq prezident respublikasına çevrilə bilər.

Qırğızıstan hazırda parlament respublikasıdır.

Bundan başqa ölkədə yeni orqanın – Xalq Qurultayının yaradılması nəzərdə tutulur.

Bu, “yüksək məşvərətçi” orqan olacaq və prezident tərəfindən çağırılacaq.

XS
SM
MD
LG