Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:17

'Rabitəçilər işi'ndə şahid bayıldı


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Yanvarın 13-də rabitəçilərin məhkəməsində şahid bayılıb. Sabirabad telekommunikasiya qovşağının şöbə rəisi Fərzəli Fərzəliyev şahid kimi ifadə verərkən özündən gedib.

O, məhkəmədə deyib ki, istintaqa ifadəsini təsdiqləyir, qovşağa lazım olan materialların alınması ilə bağlı sənədlərə qol çəksə də, onların alınmasında iştirak etməyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun vəkilləri Ceyhun YusifovBəylər Məmişov şahidin ifadəsində ziddiyyətlər olduğunu bildiriblər. Bu səbəbdən onun istintaqdakı ifadəsi elan olunub. Bu zaman şahid məhkəmədə bayılıb. Şahid zaldan çıxarılıb.

Buna da bax:​ 'Təmirə ayrılan pulun 35 faizini nazirliyin özünə qaytarırdıq'

Nazirliyinin həbsdə olan vəzifəli şəxslərindən biri - "Optik Qurğular İdarəsi" və "Optik, Rabitə, Tikinti və Quraşdırma" MMC-lərin rəhbəri Namazalı Məmmədovun qardaşı dünyasını dəyişib. Məhkəməsində N. Məmmədovun vəkili bu məsələ ilə əlaqədar Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasına müraciət edib. Müdafiəçi Namazalı Məmmədova qardaşının dəfn mərasimində iştirakına icazə verilməsini xahiş edib.

Hakim isə deyib ki, bu məsələdən ötrü Penitensiar Xidmətə müraciət edilməlidir.

“PULUN 10 FAİZİ BİZƏ QALIRDI”

Buna da bax:​ Ə.Abbasov E.Mahmudovun oğlunun dostu ilə müqavilə bağlamaq göstərişi verib

Daha bir şahid – Şirvan telekommunikasiya qovşağının baş mühasibi Əkbər Əsgərov deyib ki, "Aztelekom"dan ayrılan pulların 90 faizi geri qaytarılıb: "Pullar gəlirdi, ümumilikdə bizim qovşağa 5 il ərzində 12 milyon 350 min manat köçürülüb. Həmin pulun 10 faizi bizə qalırdı. Qalan hissəsini götürüb, qalanları şəxsən Oqtay Rüstəmova gətirib əlbəəl vermişəm".

Təqsirləndirilənlərdən "Aztelekom"un baş mühasibi olmuş Oqtay Rüstəmov isə şahidin yalan danışdığını deyir: "Biz səni səmimi insan kimi tanımışıq. Bir az səmimi ol".

Şirvan Telekommunikasıya qovşağında xəzinədar işləmiş Əsəd Əsədullayev də ifadəsində pulların 90 faizinin "Aztelekom"a qaytarıldığını deyib.

Buna da bax:​ Rabitəçilər işi: 'Nazir nə deyirdi, biz də onu eləyirdik'

Təqsirləndirilən şəxslərdən "Aztelekom"un keçmiş rəhbəri Məhəmməd Məmmədovun bacısı oğlu Sahib Əliyev də məhkəmədə dindirilib.

“MƏQSƏD OPERATİVLİK İDİ”

Nazirliyin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov şahidlərin ifadələrinə münasibət bildirərkən deputatların onlara verdiyi tapşırıqlardan danışıb: "Rayonlarda deputatlarla görüş keçiriləndə sakinlər kəndlərinə, qəsəbələrinə telefon xətlərinin çəkilməsini istəyirdilər. Deputatlar da bizə müraciət edirdi. Bizim də rayonlarda sakinlərlə görüşlərimizdə bu tələblər olurdu. Biz də söz verirdik ki, 1 ay ərzində həll edəcəyik. Ayrılan pulun 4 yerə bölməyimiz və ayrı-ayrı tender etməyimiz işin operativliyinə xidmət edirdi".

Məhkəmə yanvarın 18-də davam edəcək.

Buna da bax: Hakim: 'Gərək adamın bir sifəti olsun...'

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksəkrütbəli şəxsləri ifadələrində büdcə vəsaiti xərclənərkən, xərcləri şişirtdiklərini etiraf ediblər. İstintaqın qənaətinə görə, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmə ilə dövlətə ziyan vurub.

XS
SM
MD
LG