Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 13:50

Rafsanjani-nin qızı yenə qalmaqal yaratdı


Ayətullah Rafsanjaninin qızı Faezaeh-in bəhayilərlə görüşü İrana səs salıb
Ayətullah Rafsanjaninin qızı Faezaeh-in bəhayilərlə görüşü İrana səs salıb

“The New York Times” qəzeti yazır ki, keçmiş prezident Ali Akbar Hashemi Rafsanjani-nin qızı İranda dini təqiblərlə bağlı debatlara səbəb olub

Tanınmış ayətullahın qızının İranda təqib edilən təriqətin qadın başçısının evinə getməsi ölkədə bürpərəst sayılan dini azlıqlarla pis rəftar olunması məsələsini yenidən gündəmə gətirib.

İran mediasının ötən həftə verdiyi xəbərlərdə deyilirdi ki, keçmiş prezident Ali Akbar Hashemi Rafsanjani-nin qızı, 54 yaşlı Faezeh Hashemi bəhayi lideri Fariba Kamalabadi ilə çay süfrəsində görüşüb.

Xanım Kamalabadi-yə hazırda 20 illik həbsxana cəzasından “tətil” verildiyi bildirilir. O, 6 başqa bəhayi lideri ilə birlikdə İsrailiə casusluq etməkdə ittiham olunaraq məhkum edilib.

Amerika Birləşmiş Ştatları bu həbsi pisləmiş, bəhayi liderlərinin və İranda dini baxışlarına görə həbs edilmiş başqalarının azad edilməsinə çağırıb.

Atasını hirsləndirib

Mühafizəkar İran ədliyyəsinin nümayəndəsi Gholamhossein Mohseni-Ejei bu görüşü “abırsızlıq və rəzillik” adlandırıb. O müxbirlərə deyib ki, xanın Hashemi-ni məhkəməyə verməyə hazırlaşır.

Xanım Hashemi və Kamalabadi 2013-cü ildə həbsxana kamerasında tanış olublar. O zaman xanım Hashemi “sistem əleyhinə təbliğat aparmaqda” ittiham edilərək 6 aylıq həbsxana cəzasına məhkum olunmuşdu.

Keçmiş prezident Rafsanjani qızının hərəkətini sərt tənqid edib
Keçmiş prezident Rafsanjani qızının hərəkətini sərt tənqid edib

Faezeh Hashemi həmin vaxtdan əvvəl bəhailər haqqında heç bir məlumata malik olmadığını deyib. O söyləyib ki, “İslam Respublikasının məni həbsxanaya salması onları tanımağıma imkan verdi və mənim həyatımda yeni bir pəncərə açdı”.

“The New York Times” qəzeti yazır ki, xanım Hashemi İranın tanınmış fəallarındandır və çox vaxt qüdrətli ailəsi onu himayə edir. Bir vaxtlar millət vəkili olan xanım Hashemi 2000-ci ildə İranda qadınlar üçün ilk qəzetin nəşrinə başlayıb.

O həmçinin “qeyri-islami” hərəkət edərək İranfa ilk dəfə olaraq açıq şəkildə velosiped sürüb.

Lakin bəhayilərlə görüş elə bir fırtına yarıb ki, hətta cənab Rafsanjani-nin özü də qızını sərt tənqid edib. O Fars xəbər agentliyinə bəhayilərin “kafir” olduqlarını deyib.

“O səhv addım atıb və öz hərəkətindən xəcalət çəkməlidir” – deyib ata.

Həbsxana tanışlığı

Lakin başqa ruhanilər bundan da sərt bəyanatlar verirlər. Onlar deyirlər ki, psixoloq Kamalabadi ilə görüşü “cinayət əməli” saymaq lazımdır. Dini etika sahəsində alim Mahdi Tabatabaei, xanım Hashemi-dən “xalqdan üzr istəməsini” tələb edib.

ABŞ-dakı bəhayi məbədlərindən biri
ABŞ-dakı bəhayi məbədlərindən biri

İran ədliyyəsinin rəhbəri ayətullah Sadegh Larijani isə deyib ki, xanım Hashemi-yə qarşı milli təhlükəsizliyə hədə maddəsi ilə cinayət işi qaldırılmalıdır.

Lakin xanım Hashemi Euronews-a müsahibəsində deyib ki, qətiyyən peşman deyil və nə isə yanlış bir addım atdığını düşünmür.

O deyib ki, İranda təkcə bəhayilərə yox, bir çoxlarına qarşı pis rəftar edilir. “Biz rəftarımıza kənardan baxmalıyıq” – deyib xanım Hashemi.

Lakin hətta ruhanilərin arasından da bəziləri xanım Hashemi-nin müdafiəsinə qalxıblar.

“Onlar həbsxanada tanış olublar və əlbbəttə ki, dost da ola bilərlər” – deyib müqəddəs Qum şəhərindən islahatyönlü din xadimi Fazel Meybodi. O əlavə edib ki, heç də bütün İslam alimləri bəhayiləri “napak” saymırlar.

“Bu sadəcə iki insanın görüşüdür. Nə baş verib ki?” – deyə sual edib ruhani.

Məhəmməddən sonra

İranda dözümlülük göstərilən və hətta parlamentdə nümayəndələri olan yəhudilər, xristianlar və Zərdüştilərdən fərqli olaraq bəhayilər 1979-cu il inqilabından bəri təqib olunublar. Onların Məhəmməddən sonra başqa bir peyğəmbərin gələcəyinə inamı şiə ruhanilər üçün böyük küfrdür.

“The New York Times” yazır ki, bütün dünyada 300 min bəhayi var. Onların baş qərargahının İsrailin Hayfa şəhərində olması İran hakimiyyətini daha da qəzəbli edib.

Yarımhərbi Bəsic hərəkatının başçısı briqada generalı Mohammad Reza Naghdi deyib ki, “Bəhayiləri dəstəkləmək sionistləri dəstəkləməyə bərabərdir”.

Məqalədə deyilir ki, bəhayilər napak sayıldığından onların ali təhsil almalarına və ya dövlət qulluğunda çalışmalarına icazə verilmir.

Lakin indi İranda bir çox mütərəqqi insanlar bəhayilərə qarşı təqibləri pisləyirlər.

Tehran Universitetinin professoruSadegh Zibakalam deyib ki, bəhayiləri qeyri-müsəlman olduqlarına görə həbsxanaya atmaq qanunsuzdur.

“Məgər Məhəmməd peyğəmbər deyib ki, müsəlman olmayanların hamısı həbs edilməlidir” – deyə sual edib alim.

XS
SM
MD
LG