Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:10

Sərt xətt tərəfdarları Rəisi hökumətində


İbrahim Rəisi
İbrahim Rəisi

Sərt xətt tərəfdarı diplomati Hüseyn Əmirəbollahjan xarici işlər naziri təyin olunub

İranın yeni prezidenti İbrahim Rəisi avqustun 11-də antiqərb diplomatını xarici işlər naziri təyin edib. Yeni hökumətdə məhz sərt xətt tərəfdarları üstünlük əldə ediblər.

Yeni nazir kimdir

Rəisi prezident kürsüsündə nisbətən mötədil Həsən Ruhanini əvəzləyib. İyunda keçirilən seçkiyə mötədil və islahatçı namizədlər buraxılmadı.

Sərt xətt tərəfdarı diplomati Hüseyn Əmirəbollahjan xarici işlər naziri təyin olunub. Bu arada Tehranla Vaşinqton 2015-ci il nüvə sazişini dirçəltməyə çalışırlar.

56 yaşlı Əmirəbollahjan keçmiş populist prezident Mahmud Əhmədinejat dövründə xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini idi. Yeni nazirin İranın elit İslam İnqilab Keşikçiləri Korpusu (İİKK), Livanın nüfuzlu Hizbulla hərəkatı, İranın Yaxın Şərqdə digər əlaltıları ilə sıx əlaqələri olduğu deyilir.

Neft naziri postuna Cavad Ovji təyin olunub. O, neft nazirinin mavini, dövlətə məxsus qaz şirkətinin idarəedici direktoru idi.

Nüvə danışıqlarını kim aparacaq

Kabinetin qadın üzvü yoxdur. Siyahını hələ parlament təsdiqləməlidir.

Özü sərt xətt tərəfdarı olan Rəisi hakim vəzifəsində olarkən insan haqları pozuntuları iddiaları görə Qərbin sanksiyaları ilə üzləşib.

Yarırəsmi İran mediasının yazmasına görə, birbaşa Ali dini lider Ayətulla Əli Xameneyiyə tabe olan Ali Milli Təhlükəsizlik Şurası Vyanada aparılan nüvə danışıqlarının başına keçəcək. Danışıqları Ruhani administrasiyasındakı mötədillərin başçılıq etdiyi Xarici İşlər Nazirliyi aparırdı.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxıb və Tehrana sanksiyaları bərpa edib. Prezident Co Bayden isə İranın öhdəliklərinə əməl edəcəyi halda sazişə yenidən qoşulmağa hazır olduğunu bildirib.

XS
SM
MD
LG