Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:55

Deputat: 'İran bunu siyasiləşdirir'


Bakıda Qədr Gecəsi...
Gözlə
Embed

No media source currently available

0:00 0:01:42 0:00

Bakıda Qədr Gecəsi... (Arxiv. 2016)

Bu il Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının (hicri) təqvimi martın 23-dən aprelin 21-nə qədər bir müddəti əhatə etdi. Azərbaycanda bir çox insanlar həmin ay oruc tutdular.

Əvvəlki illərdə Azərbaycanda Ramazan təqvimi, əsasən, İranın eyniadlı təqvimi ilə üst-üstə düşürdü. O, Türkiyə, Səudiyyə Ərəbistanı kimi müsəlmanların sayca üstünlük təşkil etdiyi ölkələrin təqvimindən bir qədər fərqlənirdi. Bu da cəmiyyətdə bəzi kəsimlərin tənqidlərinə səbəb olurdu.

Bu il isə Azərbaycanda bu təqvim İrandakından fərqləndi. Amma sosial şəbəkələrdən də göründüyü kimi, bəzi adamlar yenə də daha bir gün artıq oruc tutdu və onlar İrandakı insanlarla bayramı eyni gündə qeyd etdilər. Bunu da belə əsaslandırdılar ki, Ay tam görünməyib.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

Məsələyə Qafqaz Müsəlmanları İdarəsindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası komitəsinin üzvü Sabir Rüstəmxanlı "Turan"a deyib ki, əslində "İran təqvimi" və "Türkiyə təqvimi" deyilən bir şey yoxdur: "Yəni, Ramazan ayı başlayır və bir ay sonra bitir. Burada əsas şərt Ayın görünməsidir. Əvvəllər camaat onu üfüqlərə boylana-boylana gözləyirdi, indi isə dünyada astronomik imkanlar var. Ramazan ayının nə vaxt başladığını və nə vaxt bitdiyini çox dəqiqliyi ilə Türkiyədə müəyyən edə bilirlər".

"Bunu qəsdən edirlər"

Deputatın fikrincə, ona görə də Azərbaycanın Türkiyə ilə eyni vaxtda Ramazanın başlanıb qurtarmağını qeyd etməsi təbiidir: "Amma, təəssüf ki, İran bunu siyasiləşdirir. İran, ümumiyyətlə, İslam aləmindən qopub, özünü əlahiddə bir güc kimi göstərmək istəyir".

Mediada 'casus' damğası. Amma rəsmi ittiham narkotik. Ailələr hər iki iddianı yalanlayır
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Rüstəmxanlının sözlərinə görə, İran İslamın ümumi qanunlarından çıxıb şiəliyi önə sürür: "Şiəlik də İslamın əsas təriqətlərindən biridir və təqvim də hamı üçün eynidir. Hamı ilə eyni gündə başlayıb, eyni gündə bitirə bilərlər. Amma yox, hökmən gərək bir gün fərq olsun. Mənə elə gəlir ki, bunu qəsdən edirlər".

"Çalışırlar İranı hər mənada uzaqlaşdırsınlar"

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, bu məsələ Azərbaycanda son dövrlər İrandan uzaqlaşma siyasətinin tərkib hissəsidir: "Amma məsələ burasındadır ki, bizdə siyasi strategiya heç bir vaxt planlı və metodik xarakter daşımır. İndi İran müdaxiləsi təhlükəsi var, İranın təhdidi var, ona görə də çalışırlar İranı hər mənada uzaqlaşdırsınlar".

Ə.Oruclu
Ə.Oruclu

Ekspert hesab edir ki, bu addımlarla bir növ Azərbaycandakı İran ayətullahlarına biət edən şiə dindarları onlardan uzaqlaşdırırlar. "Tutaq ki, Ramazan bayramının qeyd edilməsi İranla eyni gündə olmadı. Bu nəyi dəyişir ki? İran bəyəm tək Azərbaycanda Ramazan bayramının hansı gündə qeyd edilməsi istiqamətində iş aparıb? İran Azərbaycanda çox genişmiqyaslı iş aparıb. Ona görə də belə xırda şeylərlə təbliğat son dərəcədə qeyri-effektivdir. Effektiv təbliğat ciddi əsaslara söykənir, onun strateji hədəfləri, metodikliyi olur".

Politoloqun fikrincə, İranla münasibətlər bir qədər sağlam müstəviyə keçsə, bu məsələ yaddan çıxacaq.

Yazıda səslənən fikirlərə İranın Azərbaycandakı səfirliyindən isə münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İslam dininə görə, "Qurani-Kərim" Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. Bu dinə görə, həmin ayda oruc tutmaq vacib bilinir.

XS
SM
MD
LG