-
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycanda keçirilən parlament seçkilərində səs verib.
Səsvermədən sonra administrasiya rəhbəri Azad Azərbaycan Kanalına açıqlama verib:
“Seçicilərin iştirakını yüksək dəyərləndirirəm, saat üçə qədər 43 faiz seçici səs verib. Heç bir insident baş verməyib”.
Beyəlxalq təşkilatların bəzilərinin seçkilərdə iştirak etməməsi ilə bağlı PA rəhbəri bildirib ki, o təşkilatlara müraciət edilmişdi:
“Bu, ikili standartın ən bariz nümunəsidir”.