Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:17

ABŞ və Qərb Ukraynada ‘qələbə üçün silahları’ müzakirə ediblər


Lloyd Ostin
Lloyd Ostin

ABŞ rəsmiləri qeyd edirlər ki, Ukraynada başlatdığı səbəbsiz və əsassız müharibə Rusiyanın öz qonşularını təhdid etmək imkanlarını zəiflədəcək

Birləşmiş Ştatlar və onun müttəfiqləri aprelin 26-da Almaniyadakı hərbi hava bazasında keçirdikləri iclasda Ukraynaya daha ağır silahların paketi barədə razılığa gəliblər.

Mütəffiqlər habelə bu iclasda Rusiyanın Ukraynanın silahlandırılmasının nüvə müharibəsinə səbəb ola biləcəyinə dair hədəsini rədd ediblər.

Reuters agentliyi yazır ki, ABŞ rəsmiləri bu həftə Ukraynaya dair ritorikalarını bir qədər də gücləndiriblər.

Onlar artıq Ukraynanın təcavüzdən müdafiəsi barədə yox, Rusiya qüvvələri üzərində gələcək qələbəsi barədə danışrılar.

ABŞ rəsmiləri qeyd edirlər ki, Ukraynada başlatdığı səbəbsiz və əsassız müharibə Rusiyanın öz qonşularını təhdid etmək imkanlarını zəiflədəcək.

Ukrayna qələbəyə inanır

Bu arada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, Qərbin və Kiyevin apardığı siyasət Ukraynanın parçalanması ilə nəticələ bilər.

O Vaşinqtonu ukraynalılar arasında Rusiya ilə bağlı nə varsa hamısına nifrət yaratmaqda ittiham edib.

NATO müttəfiqləri artıq bundan əvvəl Ukraynaya ağır artilleriya və dronlar da daxil yüz milyonlarla dollarlıq hərbi yüklərin veriləcəyini təsdiqləyiblər.

Qərb müharibənin ilk fazasında Ukraynaya belə silahların verilməsindən çəkinmişdi.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyadakı Ramşteyn hərbi hava bazasında etdiyi çıxışda deyib:

"Dünya boyunca ölkələr bizim Ukraynanı Rusiyanın imperialist təcavüzünə qarşı dəstəkləmək qətiyyətimizin ətrafında sıx birləşiblər. Ukrayna qəti şəkildə inanır ki, qalib gələ bilər və burada indi hamı buna inanır”.

ABŞ Hərbi Hava Qüvvələrinin baş qərargahı məhz bu bazada yerləşir. Ramşteyndə keçirilən iclasda 40-dək ölkənin nümayəndələri iştirak edirdilər.

Rusiya qüvvələri əldən düşüb?

Reuters xəbər verir ki, Almaniya hökuməti də xarici və daxili təzyiqlər altında bundan əvvəlki mövqeyini dəyişib və indi Ukraynaya antitəyyarə topları olan Gepard yüngül tankları vermək niyyətindədir.

Kiel (Kil) Universiteti Təhlükəsizlik Siyasəti İnstitutundan Marsel Dirsus deyib ki, burada əsas məsələ Gepard tanklarının döyüşdə iştirakı yox, Almaniyanın bu tankları göndərməyə hazır olmasının verdiyi mesajdır.

Reuters adları açqılanmayan ABŞ rəsmilərinə istinadən yazır ki, Rusiya Ukrayna qüvvələrinin mövqelərini bir neçə istiqamətdən ağır toplardan atəşə tutmaqla və quru qüvvələri ilə irəliləməklə Ukrayna qoşunlarını mühasirəyə salmaq və məhv etmək istəyəcək.

Lakin Vaşinqtonun təxminlərinə görə Rusiyanın bir çox hərbi birləşmələri artıq sıradan çıxarılıb və bəzi məlumatlara görə Rusiya Ukraynadakı hərbi heyətinin 30 faizini itirib.

ABŞ hərbçiləri belə itki ilə uzun müddət vuruşmaq ehtimalının az olduğunu düşünürlər.

ABŞ hərbiyyəsi bidlirir ki, Rusiya tanklarında bəzən onun sürücüsündən başqa heç kim olmur. Başqa təxminlərə görə Rusiya qüvvələrinin istifadə etdiyi silahlar köhnə və istifadə üçün yararsızdır.

Ukrayna Rusiyanın azı 7 hücumunun dəf edildiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Həlledici həftələr

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın NATO ilə proksi müharibəsində olduğunu iddia edib:

"Təhlükə ciddi və realdır. Bunu lazımınca qiymətləndirməmək olmaz. NATO mahiyyətcə proksi vasitəsilə müharibədədir və NATO həmin proksini silahlandırır”.

Lavrov bundan əvvəl Ukraynadakı münaqişənin nüvə müharibəsinə çevrilə biləcəyini iddia etmişdi.

Pentaqonun sözçüsü Con Körbi Lavrovun bu bəyanatını “eskalasiya ritorikası” kimi rədd edib.

O deyib ki, nüvə müharibəsində qaliblər olmayacaq və Ukrayna müharibəsinin nüvə münaqişəsinə çevrilməsi üçün heç bir səbəb yoxdur.

Aprelin 26-də ABŞ Birləşmiş Qərargahları Komitəsinin rəhbəri Mark Mili Ramşteyn görüşünə gedərkən yolüstü söhbətində jurnalistlərə demişdi ki, Ukrayna müharibəsində qarşıdan gələn bir neçə həftə kritik olacaq.

General bildirmişdi ki, Ukraynanın döyüş meydanında uğur qazanması üçün Kiyevə davamlı hərbi dəstək gərəkdir.

XS
SM
MD
LG