Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:01

'Erdoganı qınamaq da olar ki, bir qədər gec tərpəndi'


Rasim Ağayev
Rasim Ağayev

“...bu məqamda Erdoganla Putinin barışması ən ciddi siyasi hadisədir. Elə bir siyasi hadisədir ki, əlaqələr yaxşılaşsa, biz yarım ildən sonra iki ölkənin iqtisadi əməkdaşlığının şahidi olacağıq.

Bunun təsiri böyük olacaq. Bunun təsirini Avropa da, bizim region da hiss edəcək”.

Türkiyənin Rusiyadan aylar sonra üzrxahlığı heç də birmənalı qarşılanmadı. Bunu ölkənin prestijinə zərbə sayan da var, əksinə, ölkəsini ayaqda saxlamaq istəyən siyasətçinin cəsarətli addımı da.

Politoloq Rasim Ağayev AzadlıqRadiosuna müsahibəsində bu yanaşmalar haqda fikrini bildirib, iki ölkənin yaxınlaşmasının açacağı perspektivlərə toxunub.

Rasim Ağayev: 'Erdoganı qınamaq da olar ki, bir qədər gec tərpəndi'
Gözlə

No media source currently available

0:00 0:06:43 0:00
Direct-ə keçid

– Rasim bəy, belə bir fikir var ki, Türkiyə üzrxahlıq edəcəkdisə, aylardır münasibətlərdə gərginlik yaratmamalı, ölkənin siyasi imicinə, onun iqtisadiyyatına, turizminə bu qədər ziyan dəyməsinə göz yummamalı idi. Həmin addımı zamanında atmalı idi. Son zamanlar Avropanın da üz çevirdiyi Türkiyə rəhbərliyi bu addımı atmağa məcburmu qaldı?

– Əgər Erdogan həmin dəqiqə üzr istəsəydi, elə həmin adamlar deyəcəkdi: “Kül sənin başına, üzrxahlıq edəcəkdinsə, niyə vururdun?” Bu adamların vəziyyətdən başları çıxmır. Ahmet Davutoğlu çıxıb bəyan etdi ki, “pilotun vurulmasına şəxsən mən əmr vermişəm”. Yaxşı etmisən? Silahsız-zadsız Türkiyə ərazisindən 17 saniyə keçən bombardmançını vurmusan, aranı qarışdırıb minlərlə türkü işsiz qoymusan, Türkiyənin iqtisadiyyatına da ağır zərbə vurmusan. Erdoganı indiki halda bu addımı atmağa vəziyyət vadar edir. Bu hadisələrdən qabaq Erdogan Putinlə görüşmüşdü, əl sıxmışdılar, planlar cızmışdılar. Türkiyəli iş adamları son 100 ildə birinci dəfədir ki, Rusiya ilə yaxınlaşmışdılar. Nə olmuşdu ki, sən onu vurdun? İndi bunlar keçdi, hamı yaxşı bilir ki, Türkiyə bunu özbaşına etmədi. Putin də dedi ki, bu, Türkiyənin işi deyil.​

– Bəs kimin işidir?

– Hamı yaxşı bilir ki, bunun arxasında Amerika durur və bir də bəzi Avropa ölkələri. Onlar başa düşürlər ki, Rusiya-Türkiyə əməkdaşlığı güclənərsə, bu faktiki, Avrasiyanın sütununu bərkidir. Bu, geopolitik məsələlərdə böyük qazanc olardı. O biri yandan da Avropa Türkiyəyə deyir ki, “üçüncü minillikdə gələrsiz, sizin məsələyə baxarıq”. Bunları üçüncü minillikdə qəbul edirsizsə, niyə vaxtlarını itirməlidirlər? Ona görə də bu məsələdə heç kim nə əsəbiləşsin, nə Erdogandan incisin, nə də onu pisləsin. O, tamamilə düz hərəkət edir. Bəlkə də qınamaq olardı ki, bir qədər gec tərpəndi. Ancaq o cür həngamədən sonra tərpənmək çətin idi. İndi isə vəziyyət dəyişib, xüsusən də Britaniyanın onu tərk etməsindən sonra Avropa İttifaqının gələcəyi sual altına düşüb, bu məqamda Erdoganla Putinin barışması (bu cür adlandıraq baş verənləri) ən ciddi siyasi hadisədir. Bunun təsirini Avropa da, bizim region da hiss edəcək.

____________________________________________________________

Bunlara da bax:
Xədicə İsmayıl: «Bu, sizin də başınıza gələ bilər»
Təcili Tibbi Yardımda - [karikatura]

____________________________________________________________

– Söhbət hansı təsirdən gedir?

– Rusiya-Türkiyə münasibətlərinin keyfiyyəti dəyişərsə (biz buna ümid edirik), onda Avrasiyanın gələcəyi də tamam dəyişər, iqtisadi-siyasi məzmunu da. Və yaxın dövlətlər öz siyasətlərində lazımi dəyişiklik aparmalı olacaqlar. Bundan başqa, Avropada prosesləri izləməliyik, orda da parçalanma gözlənilir. Bu da hadisələrə təsirini göstərəcək. Qloballaşma prosesində əməkdaşlığa ehtiyac var. Rusiya ilə Türkiyə bunu bacarsa, Avropa Birliyi deyəcək: “Kül bizim başımıza biz nəylə məşğul idik?” İndi də Avropa ABŞ-ın fətvası ilə əməkdaşlığa yox, müharibəyə çağırır, ona sanksiya, buna sanksiya... Bunun təsiri o qədər güclü olacaq ki, Amerika da kursunu dəyişəcək.

– Rusiya sanki cavab addımı atmağa tələsmir. Münasibətlərin tənzimlənməsinə, Türkiyədən kənd təsərrüfatı məhsulunun gətirilməsinə qoyulan embarqonun ləğvinə və ya başqa sahələrdə əlaqələrin bərpasına nə qədər vaxt lazım olacaq, sizcə?

– Bu, vaxt aparacaq, birgünlük məsələ deyil. Rusiya da çətin vəziyyətdədir indi. Boksda klinç vəziyyəti var, rəqiblər bir-birinə ilişir, ayırmaq olmur. İki ölkə klinç vəziyyətindədir. Təbii ki, bunları ayırmaq, münasibətləri düzəltmək vaxt aparacaq. Bunun əleyhdarı da var, tərəfdarı da.

– İki ölkənin münasibəti, dediyiniz kimi, yaxşılaşarsa, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olacaqmı? Əslində, Rusiya Türkiyə münasibətlərinin normal olduğu vaxtlarda da Ankara münaqişənin həllində ehtiyatlı idi.

– Söhbət odur ki, indiyə kimi normal əməkdaşlıq olub, ancaq Atatürkdən sonra sıx əməkdaşlıq, perspektivli yaxınlaşma siyasəti olmayıb. Belə olarsa, hər iki ölkə bundan xeyir götürər, bunu Ankara da başa düşür, Moskva da. Rusiya ABŞ və Avropa Birliyinin sanksiyalarına məruz qalıb. Amma NATO üzvü olan Türkiyə Rusiya ilə əməkdaşlığa gedəcəyini deyirsə, sabah başqa Avropa ölkələri də sanksiyaları bəhanə tapıb bir-bir ləğv edə bilərlər. O zaman belə çıxır ki, Rusiya, Türkiyə, Avropa – geniş geosiyasi aləm ABŞ-ın siyasətindən imtina edəcək. Və çox güman, Barack Obama-dan sonra Vaşinqton siyasətini dəyişəcək.

Ötən ilin payızında Türkiyə Rusiyanın SU-24 təyyarəsini hava məkanına icazəsiz girdiyinə görə vurmuşdu. Bundan sonra iki ölkənin münasibətləri korlanıb. İyunun 27-də Türkiyənin prezidenti rusiyalı həmkarına məktub göndərib, pilotun ölümünə görə üzrxahlıq edib.

Rusiya təyyarəsi Türkiyə sərhəddində belə vuruldu

Rusiya təyyarəsi Türkiyə sərhəddində belə vuruldu
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 28 iyun

Azərbaycanda 300 dollara nə biznes qurmaq olar?
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 28 iyun

Azərbaycanlıları İŞİD-ə aparan səbəblər
XS
SM
MD
LG