Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:47

Reallıq.info-nun baş redaktoru rüşvətdə günahlandırılır-yenilənir


Dövlət Təhlükəsizlik Xidməti, 2013
Dövlət Təhlükəsizlik Xidməti, 2013

Bu gün, oktyabrın 27-də Dövlət Təhlükəsizliyi Xidməti Realliq.info saytının redaktoru İkram Rəhimov-un həbsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, onun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici, böhtan xarakterli məlumatları mətbu orqanlarında yayıb, sonra da dayandırması əvəzində pul tələb etməsi, alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən haqq toplaması barədə şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

“İkram Rəhimov oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq araşdırmaları davam edir”, məlumatda vurğulanır.

Reallıq.info saytının redaktoru Ikram Rəhimov
Reallıq.info saytının redaktoru Ikram Rəhimov

Oktyabrın 26-da İkram Rəhimovun təqib edilməsi və saxlanması ilə bağlı məlumatlar yayılmışdı. O, saxlanmzdan əvvəl “Turan” agentliyi-nin redaksiyasına da gəlmişdi.

Agentliyin xəbərinə görə, o deyib ki, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ünvanına tənqid yer alan açıq məktub dərc etdiyinə görə, təqib edilir. Həmin müraciət onun rəhbəri olduğu reallıq.info saytında dünən , oktyabrın 26-da yayılıb.
“ Əli Həsənova açıq məktub: “ Özümü yerinizə qoya bilmirəm”” sərlövhəli müraciətdə iddia edilir ki, dövlətin mətbuatın inkşafına ayırdığı milyonlar təyinatı üzrə xərclənməyib.

İ.Rəhimovun müraciətində Mətbuat Şurasının rəhbərliyinin də ünvanına tənqidi fikrlər səslənir.

Ancaq İkram Rəhimovun həbsindən az öncə bu açıqlamasına və müraciətdə səslənən fikrlərə, hələlik, nə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, nə də Mətbuat Şurasının rəhbərliyinin münasibətini almaq mümkün olub.

Müşviq Ələsgərlinin cavabı

Müşfiq Ələsgərli ,Bakı, 15 mart 2010
Müşfiq Ələsgərli ,Bakı, 15 mart 2010

“Ikram Rəhimovun istər mənim, istər Mətbuat Şurası və istərsə də jurnalistlərə verilən mənzillərlə bağlı dedikləri əsassızdır”,

Bunu İkram Rəhimovun “ Əli Həsənova açıq məktub: “ Özümü yerinizə qoya bilmirəm”” sərlövhəli müraciətdə adı çəkilən şəxslərdən biri, Mətbuat Şurası (MŞ) Şikayətlər Komissiyasının sədri Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, “Reallıq.info” saytının rəhbəri İ.Rəhimovla məsələnin kökü birneçə il bundan əvvələ gedir.

Həmin vaxt Neftçala rayonundan bu saytdakı bir yazı ilə bağlı MŞ-na şikayət daxil olub.

"Biz çağırdıq danışdıq..."

“Biz də çağırdıq, danışdıq. Dedim ki, ola bilər sənin dediyin faktlar doğrudur. Biz MŞ-sı olaraq bununla bağlı sənə heç nə demirik, amma qarşı tərəfin də mövqeyini verməyin lazımıdr, bu jurnalistikanın prinsipidir”.

M.Ələsgərli deyir ki, bundan sonra İ.Rəhimov tənqidlərinə MŞ-nı da əlavə edib və qurum ilə bağlı 20-dn çox məqalə yazıb.

MŞ-sı təmsiçisi deyir ki, 2017-ci ildə İ.Rəhimovla bağlı daha iki şikayət daxil olub və yenə də O, quruma dəvət olunub. Onun deməsinə görə, məsələ yenə araşdırılıb, yenə də tövsiyyə verilib ki, qarşı tərəfin mövqeiyni də əks etdir:

“ Amma buna əməl etməyib və sonda bu saytın adı “qara siyahıya daxil edilib””.

M.Ələsgərli əlavə edir ki, bundan sonra İ.Rəhimov MŞ-na tənqidlərini daha da sərtləşdirib:

“Amma bu şəxsi müstəvidə deyil, sadəcə bu şəxs ünvanına olan tənqidləri qəbul etmək istəmir. Tənqidi də edən MŞ-sı deyil, ondan şikayətçi olan şəxslərdir”.

M.Ələsgərli idda edib ki, İ.Rəhimovun həm MŞ və həm də prezidentin köməkçisi Əli Həsənova qarşı yazıları iftira, böhtan üstündə qurulub.

İkram Rəhimov nə yazmışdı

İkram Rəhimov isə sözü gedən müraciətində prezidentin köməkçisi Əli Həsənova xitabən Müşviq Ələsgərli ilə bağlı bunları yazmışdı:

“Son proseslər isə göstərdi ki, Prezidentin köməkçisi vəzifəsində olmağınıza baxmayaraq, sizin fəaliyyətiniz ölkənin birinci şəxsinə kömək məqsədi daşımır. Dövlətini sevən media qurumlarını hədəf seçərək azad sözü boğmağa göstərdiyiniz çabalar, Müşfiq Ələsgərli kimilərini qapımıza “daşla” göndərərək aynamızı qırmağı tapşırmağınız acı təəssüf hissi doğurur. Bildiyiniz qədər o ayna bu gün cəmiyyətin dərdlərini olduğu kimi göstərməyə çalışır və sizdən fərqli prezidentin köməkçisi rolunda xidmətini davam etdirir”

Xatırlatma

Realliq.az saytının redaktoru İkram Rəhimov 2016-cı ildə Sumqayıtdakı “Ucuz market” ticarət mərkəzi rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunmuşdu.

İkram Rəhimov saytda Rəhman Novruzov soyadlı bir şikayətçinin məktubunu dərc edib.

Məktubda iddia olunub ki, həmin ticarət rəhbəri şəhərin icra hakimiyyəti başçısına rüşvət verib.

Sumqayıt Şəhər Məhkəməsi 2016-cı ilin noyabrında həm redaktoru, həm də ona şikayət məktubu yazan Rəhman Novruzovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək, bir il azadlıqdan məhrum edib.

Redaktor mühakimə edildikdən sonra vəkili vasitəsilə, hələ polisdə saxlanarkən şəhər rəhbərliyinin göstərişi ilə ona işgəncə verildiyini açıqlamışdı.

Daxili İşlər Nazirliyi, eləcə də, Sumqayıt şəhər İcra Hakimiyyəti redaktorun bu iddiasını təkzib etmişdilər.

Sumqayıt Apellyasiya Məhkəməsi 2017-ci il martın 1-də böhtanda təqsirləndirilərək həbs edilmiş redaktoru və mediaya müraciət yazmış Rəhman Novruzovu vaxtından əvvəl azadlığa buraxıb.

XS
SM
MD
LG