Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:50

Britaniya Avropa İttifaqını tərk etməyə səs verdi


Britaniyada keçirilən Avropa referendumunda səslərin sayılması davam etsə də, Aİ-dən çıxmaq istəyənlərin üstünlük qazandığı bəlli olub.

-

Britaniyada Avropa İttifaqında qalıb-qalmamaq sualına cavab verməli olan referendumda səslərin sayılması davam etsə də, BBC-nin proqnozuna görə ittifaqı tərk etmək istəyən düşərgə qalib gəlib.

Lap əvvəldən nəticələrin yaxın olacağı gözlənilən bu referendumda Avropa İttifaqını tərk etmək xeyrinə verilən səslər 52 faiz təşkil edib.

Bir çox təhlilçilər bu nəticəni Britaniya cəmiyyətinin bütün siyasi partiyalardan məyus olması ilə izah edirlər.

Referendumdan əvvəl ölkənin üç əsas siyasi partiyasının liderləri, o cümlədən baş nazir David Cameron əhalini Aİ tərkibində qalmağa çağırmışdı.

Bir çox siyasətçilər bu günü Britaniyanın və Avropa İttifaqının tarixində "dəhşətli gün" adlandırıblar.

Bu da qeyd olunur ki, London, bir sıra böyük şəhərlər və Şotlandiyada Aİ tərkibində qalmaq istəyən düşərgə üstünlük qazansa da, ölkənin əsasən köklü ağdərili əhalisinin yaşadığı minlərlə qəsəbə və kəndində Brüsseldən ayrılmağa səs veriblər.

Britaniya telekanalları referendum nəticələri ilə yanaşı funt sterlinqin məzənnəsi barədə məlumatı da yayınlayır.

Referendumun ilkin nəticələri elan edilən kimi funt son 30 ildə ən aşağı məzənnəsinə enib.

XS
SM
MD
LG